Ucarda icra başçısı varmı-yoxmu: BİLİNMİR... - GİLEY

dogruxeber.tv: - Ucar rayonu Bərgüşad kənd sakinləri tərəfindən ölkə rəhbərliyinə şikayət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Biz Ucar rayon Bərgüşad kənd aşağı hissəsinin sakinləri susuluqdan və yolsuzluqdan əziyyət çəkirik.Demək olar ki, özünü öldürmə həddindəyik. Ancaq Ucar rayon İcra Hakimiyyəti başçısı şikayətimizə baxmaq istəmir.
Bərgüşad kəndinin biz yaşayan hissəsində istifadə etməyə suyumuz yoxdur.Buna görə çoxlusayda ailənin, 2000 nəfərdən çox insanın yaşadığı kənd ərazisində hamımız əziyyət çəkirik.

Ucarda icra başçısı varmı-yoxmu: BİLİNMİR... - GİLEY

Ucarda icra başçısı varmı-yoxmu: BİLİNMİR... - GİLEY

Əkin suyu verilmir ki, buna görə təsərrüfatımız məhv olub, insanlar içməli suya görə əziyyət çəkirlər.Bu barədə Ucar rayon icra başçısına, Ucar rayon Suvarma Sistemləri İdarəsinə və Meliorasiya və Su Təsərrüfatı ASC-yə etdiyimiz şikayətlər araşdırlmadı heç bir tədbir görmədilər.Əkinlərimizi sulamaq üçün kəndimizin yaxınlığından keçən suyun mənbəyi olan kanalda su bol olsada bizə verilmir. Çünki Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov suyu çəltik sahələrinə satır deyə çoxlusayda insan susuzluqdan məhv olur.Ucar Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov icra başçısı Mənsur Məmmədovun qardaşıdır. Onun isə marağı kapital toplamaqdır.Bu erməni vəhşiliyidir ki, bizə qarşı edirlər.



Əhalisinin əsas məşğulluğu kənd təsərrüftı olan Bərgüşad kəndində əkin sahələrinə səpilən toxumlar yandı, ağaclarımız tamam quruyub, heyvanlar xəstəlik tapıb.Örüş sahələri quruyub deyə heyvandarlıq məhv olmaq üzrədir. İnsanların belə içməyə suyu yox dərəcəsindədir.Bir maış içməli suyu bizim kəndə 150 manata gətirirlər.Buna isə susuzluqdan əkini və heyvanı olmayan zavallı kəndlinin maddi imkanı yoxdur.
Həmçinin kəndimizin biz yaşayan hissəsində yol yoxdur. Tamamilə dağılmış bərbad vəziyyətdə olan torpaq yolda qışda palçıqdan yayda tozdan hərəkət etmək olmur.Buna görə insanlar xəstə düşüblər. Sanki bizim yaşadığımız ərazi cəhənnəm vadisidir nə suyu var nədə ki, yolu.Çünki Ucarın yarıtmaz rəhbərliyi var. Buna görə hökumət təcili tədbirlər görüb çıxış yolu tapmalıdır.
İnsanların məskunlaşdığı hər bir yaşayış yerinə ilk olaraq su və yol çəkilməlidir.Bunlar olmayanda həmin yeri yaşayış ərazisi adlandırmaq çətindir. Ağaclarımız, əkinlərimiz tamamilə quruyub məhv oub.Bizim yaşayışımızı gəlib gözləri ilə görənlər dəhşətə gəlirlər.Müasir dövürdə belə yaşayış massivinin olması biabırçılıq və qəbul edilməzdir.
Bu dəfə də şikayətimizə baxmasalar Bakı-Qazax magistral yolu bağlayacayıq.Başqa çıxış yolumuz yoxdur.

Hörmətli Prezident, Hörmətli Mehriban xanım, cənab Zaur Mikayılov Sizdən xahiş edirik şikayətimizi bizim iştirakımızla yerində araşdırıb qanunu tədbirlər görülməsi üçün Ucar rayonunun Bərgüşad kəndinə nümayəndələr göndərəsiniz ki, yazdıqlarımızı gəlib gözləri ilə görüb təcili tədbirlər görsünlər.

İmza; Ucar rayonu Bərgüşad kənd sakinləri
1. Məmmədov Kərəm Balabəy oğlu 1-ci qrup əlil əlaqə telefonu; (077) 484-37-52
2. Orucov Fərhad Sahib oğlu
3.Vəliyev Sahil Əlimövsüm oğlu
4.Süleymanlı Nuğay Məhəmməd oğlu
5.Garayev Qurban Murad oğlu
6.Orucov Alim Sahib oğlu
7.Məmmədov İsa Binnət oğlu
8.Süleymanov Qüdrət Abduləli oğlu
9.Süleymanov İlham Əhəd oğlu
10.Garayev Fazil Möyla oğlu
11. Məmmədov Orxan Kərəm oğlu
12. Gərayzadə Tofiq Rafiq oğlu
13.Usubov Rasif Əyyatxan oğlu
14.Nuriyev Qərib Usub oğlu
15.Beydullayev Nazir Haqverdi oğlu
16.Müslümov Bahdur Məhəmməd oğlu
17.Əhədov Abduləhəd Əhəd oğlu
18.Müslümzadə İsmayıl Aydın oğlu
19. Garaylı Samir Qurban oğlu
20. Məmmədov Sahib Möyla oğlu
21.Müslümov Cəmaləddin Məhəmmədəli oğlu
22.Sadıqov Sadıq Ağamusa oğlu"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər