Zaur Mikayılova İLK ŞİKAYƏT... - Ucardan gəldi... - Müşfiq Məmmədovun "su monopoliya"sı






dogruxeber.tv: - Meliorasiy və Su Təsərrüfatı ASC-nin sədri cənab Zaur Mikayılova Ucar rayonu Yuxarı Şilyan kənd sakinləri tərəfindən müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə bildirilir:

"Hörmətli Zaur Mikayılov ! Bu şikayətimizdə yazıb Sizə bildiriirik ki, Ucar rayon icra hakimiyyəti başçısı Mənsur Məmmədovun qardaşı Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib qanunsuzluqla, özbaşınalıqla məşğul olur ki, nəticədə də biz kənd sakinləri susuzluqdan əziyyət çəkirik, həyatımız məhv olur.
Yuxarı Şilyan kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.Başqa yerdən gəlirimiz və məşğuliyyətimiz yoxdur.Payızda əkdiyimiz əkini hələdə sulaya bilməmişik.Çünki Ucar rayon Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədov suyu pulla satır.Baxmayaraq ki, biz vaxtında su pulunu veririk.Ancaq Müşfiq Məmmədovun yaratdığı bazarın özəl qiymətlərini ödəməyə pulumuz olmadığı üçün su üzünə həsrət qalmışıq. Rayon ərazisində çəltik əkənlər hər hektar üçün Müşfiq Məmmədova 500 manat pul ödəyir deyə onlar daima su ilə təmin olunurlar.
Yuxarı Şilyan kəndində su cuvarı işləyən Dilşad Məmmədov günün bütün vaxtı sərxoş olur.Taxılın suvarılması üçün hər hektar üçün 15 manat pul ödəməlisən.Yuxarı Şilyan kəndində minlərlə hektar əkin altında torpaq sahəsi var.Bu minvalla Müşfiq Məmmədovun taladığı pullar küllü miqdardadır.Hələ götürəndə ki, Ucar rayon ərazisi üzrə əkilən torpaqlar daha çoxdur.
Yuxarı Şilyan kənd icra nümayəndəsi Sabir Hacıyev və Bələdiyyə sədri Vilayət Məmmədov isə kəndin bu problemləri ilə qətiyyən maraqlanmırlar.Zərurət var ki, onlarında fəaliyyəti də təftiş edilsin.
Ucar rayon İcra başçısı Mənsur Məmmədovun qardaşı olan Müşfiq Məmmədovun yaratdığı korrupsiya şəbəkəsinin cinayət əməlləri nəticsində əkinlərimiz tərg olur.Bu isə ailəmizin aclıqdan ölməsi deməkdir.
Biz kəndlilər sevindik ki, Meliorasiy və Su Təsərrüfatı ASC-yə Zaur Mikayılov sədr təyin edildi.İnanırıq ki, cavan kadr olan Zaur müəllim bizim bu şikayətimizi yerində araşdırılmasına göstəriş verəcək və Ucar Suvarma Sistemləri İdarəsinin müdiri Müşfiq Məmmədovun barəsində ciddi tədbir görəcək.
Mətbuat vasitəsi ilə hörmətli Zaur Mikayılovdan xahiş edirik bu şikayətimizi yerində bizim iştirakmızla araşdırlıb tədbir görülməsinə tapşırıq versin".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... // dia.az

Son xəbərlər

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

Bütün xəbərlər