gundem / siyaset / dunya
2.12.2022
Putin və Lukaşenko yenidən görüşəcəklər
Rusiya prezidenti Vladimir Putin və belaruslu həmkarı Aleksandr Lukaşenko dekabrda görüşmək barədə razılığa gəliblər.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə məlumatı Kreml liderlərin dekabrın 2-də baş tutan telefon danışığından sonra açıqlayıb.
"Prezidentlər həmçinin gələcək təmasların qrafikini müəyyənləşdiriblər, birlik quruculuğunun həyata keçirilməsinin praktiki məsələlərini və iqtisadi məsələləri müzakirə etmək üçün dekabrda görüş keçirməyə razılaşıblar", - məlumatda deyilir.
Rusiya və Belarus liderləri sonuncu dəfə noyabrın 22-də İrəvanda KTMT sammitində şəxsən görüşüblər.



