siyaset
21.02.2020, 13:19
Lukaşenko Putinin gözlənilməz təklifindən danışdı

Belarus prezidenti Aleksandr Lukashenko rusiyalı həmkarı Vladimir Putin ilə telefon danışıqları aparıb. Belta xəbər verir ki, bu barədə Belarus lideri özü bildirib..
Onun sözlərinə görə, Putin neft tədarükü ilə bağlı gözlənilməz təklif edib. Təklifə əsasən Rusiya Belarusun ixrac rüsumlarının azaldılmasından itkisini kompensasiya etməyə hazır olduğunu bildirib.
Həmçinin Lukaşenko onu da vurğulayıb ki, Belarus sözügedən təkliflə razı olmaya bilməzdi, çünki Rusiya bazarda inhisarçıdır və neftin qiymətinin tənzimlənməsi ilə bağlı qərar qəbul edir.


