gundem / dunya
7.12.2022
"Etirazçıları dinləmək lazımdır" - Rəisi
İran hökumətinə qarşı etiraz edənlərə qulaq asmaq lazımdır.
"dogruxeber.tv" İRNA-ya istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi Tələbə Günü münasibətilə Tehran Universitetində keçirilən tədbirdə deyib.
Təxminən 3 aydır ölkədə davam edən Məhsa Əmini nümayişlərində İran lideri Əli Xamneyiyə qarşı “Rədd olsun diktator” şüarlarına cavab verən Rəisi "Etirazçılar konstruktiv, üsyan dağıdıcıdır. Etirazçılara qulaq asmaq lazımdır",- deyə cavab verib.



