gundem / Cəmiyyət
9.12.2022, 16:15
DİN-dən Bəxtiyar Hacıyevin saxlanılması ilə bağlı
İctimai fəal Bəxtiyar Hacıyevin saxlanılmasının səbəbi məlum olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o bu gün məhkəməyə göndərilib.//unikal



