gundem / hadise / dunya / maraqli
12.12.2022
Yerə 82 metrlik asteroid yaxınlaşır
Dekabrın 15-də diametri təxminən 82 metr olan asteroid Yerin yanından keçəcək.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Hərəkət Laboratoriyası (JPL) məlumat yayıb.
2015 RN35 asteroidi dekabrın 15-də 686.000 km məsafədə Yerə ən yaxın yaxınlaşmasını həyata keçirəcək.
Məlumatına görə, asteroidin sürəti saatda 21 276 km-dir.



