Xocalıda ağır hərbi texnika: Kimindir, nəyə qadirdir?

Bu gün erməni Teleqram kanallarında Xocalı rayonu ərazisində olduğu iddia edilən texnikaların görüntüləri yayılıb.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, materialda görünən ilk maşın 2K11 Kruq zenit-raket kompleksidir:

“Onun hazırlanmasına 1957-ci ildən başlanılıb. Ümumi kütləsi 21 ton, üzərinə quraşdırılan avadanlıqların kütləsi isə 7 tondur. 35 km sürətlə hərəkət qabiliyyətinə malikdir. Zenit-raket kompleksi 600 metr sürətlə 3000-dən 25000-dək metrə qədər və 45 km sürətlə hərəkət edən hədəfləri ələ keçirmək üçün nəzərdə tutulub. Hədəfləri məhvetmə əmsalı isə 0,8-ə bərabərdir. 3 kilometrə qədər məsafədə 60-70-ci illərin qırıcılarını 100 km qədər məsafədə aşkarlaya bilir. Zenit-raket kompleksinin özüyeriyən qurğusu SU 100p T-55 tankının bazasında hazırlanıb. 520 at gücünə malikdir. Zəif kompleks hesab olunur. Sınaqları zamanı kompleksdən 26 raket buraxılmışdı. Onlardan 6-ı havada öz-özünə məhv olmuş, 7-sinin marş mühərriki işə düşməmiş, 16-sı isə hədəfə doğru uçmuşdu”.

Ə.Verdiyev bildirib ki, videoda hərəkət edən ikinci texnika isə 9A316 markalı zenit-raket kompleksinin atıcı-doldurucu qurğusudur:

“Bu qurğular raketi növbə ilə atışa hazırlamaq üçün nəzərdə tutulub. Onlar vasitəsiylə zenit raketi və atıcı qurğunun elektrik radio avadanlıqlarının sazlığı yoxlanılır. Atıcı qurğuların doldurulmasına və onların nəqliyyat vasitələrinin üzərinə - konteynerlərə yerləşdirməsinə imkan verir. Bu qurğular eyni zamanda 8-ə qədər raketi üzərində daşıya bilir. Bu maşınlar 4 zenit raketini ardıcıl olaraq buraxa bilir. Ehtiyatda olan 4 raketi isə sonradan doldurmaq və ya başqa birisinə boşaltmaq imkanına da malikdir. Raketin atıcı qurğu üzərinə yerləşdirilməsi 20 dəqiqə çəkir. Hədəf təyin olunandan sonra atıcı qurğuların hədəfə tuşlanması həyata keçirilir”.

Ekspert ehtimal edir ki, bu texnikalar Ermənistan ordusuna məxsusdur və Qarabağa müharibədən əvvəlki dövrdə gətirilib:

“Müharibədən sonrakı dövrdə isə bu tip zenit komplekslərin gətirilməsi faktı ilə rastlaşmamışıq. Ancaq müharibədən sonra peyk görüntüləriylə Qarabağda iki ərazidə - Xocalı və Ağdərəyə yaxın yerlərdə hərbi yük maşınlarının, topların və zenit qurğuların olduğunu müəyyən etmişdim. Onların birlikdə təxmini sayı 200-ə yaxın idi. Belə görünür ki, bu qurğuların bir hissəsi hələ də Qarabağda qalmaqdadır”.

Son xəbərlər

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var

Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı

Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Bütün xəbərlər