gundem / siyaset
20.12.2022
MDB-nin sammiti bu tarixdə keçiriləcək
Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammiti dekabrın 26-27-də Sankt-Peterburqda keçiriləcək.
"dogruxeber.tv" xəbər verir ki, bunu Rusiya İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.
Onun sözlərinə görə, Moskva bu görüşdən ölkələr arasında əməkdaşlığı gücləndirmək üçün yeni impulslar almağa ümid edir.



