"Qızıl mədənlərində monitorinqə hazırıq, amma Azərbaycanla yox" — Qarabağ separatçıları

“Bu gün Laçın, sabah Sevan ( Göyçə – red.), Azərbaycanın istəyinin həddi-hüdudu yoxdur”.

Demokrat.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumda “deputat”ı David Qalstyan erməni mediasına müsahibəsində bildirib.

“Azərbaycanın hazırkı tələblərinin yerinə yetirilən kimi və Laçın dəhlizi açıldığı bir vaxtda, Bakı ən qısa zamanda yeni tələbi formalaşdıracaq.

Bu gün buna ancaq Ermənistan müqavimət göstərə bilər.

Qarabağın müstəqilliyinin tanınması məsələsi Ermənistan parlamentinin gündəliyində olmalıdır.

Ermənistan hakimiyyəti “Arsax respublikası” ifadəsini işlətməkdən yayınır, öz müqəddəratını təyin etməkdən danışmır. Sadəcə olaraq xalqın fiziki təhlükəsizliyindən və barın aşağı salınmasından danışır, lakin bunu müdafiə edə bilmirlər.

Bu gün biz Nikol Paşinyanın hakimiyyətinin acı bəhrələrini yığırıq. Qarabağ məsələsi həll olunandan sonra Azərbaycan Ermənistana yeni tələb irəli sürəcək.

Əgər Nikol Paşinyan adekvat addım ata bilmirsə, o zaman erməni xalqının xilası məsələsi ilə başqa qüvvələrin məşğul olmasına imkan verməlidir”, – deyə o sərsəmləyib.

O bildirib ki, onlar “təkcə Ağdərədə deyil, həm də regionda beynəlxalq monitorinq qrupunu qəbul etməyə hazırdırlar”.

Qalstyanın çərənləmələrinə görə, Qarabağ “hökumət”i azərbaycanlıların birtərəfli qaydada hər hansı addım atmasına imkan vermək fikrində deyil. Çünki Ağdərədəki filiz yatağı Qarabağ ərazisində yerləşir və orada monitorinq aparmaq hüququna yalnız Qarabağ “hökumət”i iddia edə bilər.

“Daşnakatsütyun” fraksiyasının rəhbəri Artur Mosiyan isə deyib:

“Bu qərara Azərbaycanın ətraf mühit fəallarının hər hansı nailiyyətləri və ya uğurları kontekstində baxmaq olmaz. Bu, güzəşt deyil, bu, xoş niyyətin təzahürüdür. Bu, ümumiyyətlə, ekoloji təhlükəsizlik məsələsində bizim hazırlığımızdır.

Biz bu məsələni ən yüksək səviyyədə həyata keçirməyə hazırıq, lakin Azərbaycanla yox”. /konkret.az/

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər