gundem / hadise
4.01.2023
Bakıda binanın həyətində kişi meyiti TAPILDI
Xəzər rayonu Mərdəkan qəsəbəsində yeni tikilməkdə olan binaların birinin həyətində kişi meyiti tapılıb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təxminən 45-50 yaşlarında olan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar olunmayıb. Aparılan araşdırmalarla meyitin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Bu şəxsi tanıyanlardan Xəzər Rayon Polis İdarəsinə 012-454-02-02 şəhər və 050-633-45-46 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.



