gundem / dunya
12.01.2023
Fransa parlamenti Ermənistana dəstək verməyə gedir
Bu gün axşam saatlarında Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivenin başçılıq etdiyi nümayəndə heyəti İrəvana səfər edəcək.
dogruxeber.tv xəbər verir ki, bu barədə Fransa parlamentinin sədri öz "Twitter" hesabında yazıb.
Məlumata görə, nümayəndə heyəti Fransa parlamentinin dəstəyini ifadə etmək üçün İrəvana yollanır. Qrupa deputatlar Valeri Rabot, Jan-Lui Burlanj və başqaları daxildir.



