Dövlət Xidməti vergi ödəyicilərinə müraciət etdi

Məlum olduğu kimi, vergi ödəyicilərinin, onların filial, nümayəndəlik və ya digər təsərrüfat subyektlərinin (obyektlərinin), nəzarət-kassa aparatlarının uçotunu aparmaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilib.

Dövlət Xidmətindən "dogruxeber.tv"a bildirilib ki, qeyd olunan vəzifələrin həyata keçirilməsi, o cümlədən sahibkarlıq sahəsində şəffaf və rəqabətli mühitin yaradılması, qanunsuz sahibkarlığın aradan qaldırılması və məsafədən nəzarət imkanlarının genişləndirilməsi məqsədi ilə Dövlət Vergi Xidməti İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin dəstəyi ilə respublika ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus təsərrüfat subyektlərinin (obyektlərinin) dislokasiyasını və toplanmış məlumatların dürüstləşdirilərək rəqəmsal xəritə infrastrukturuna işlənməsini təmin edəcək.

Dislokasiya prosesləri zamanı Vergi Məcəlləsinin 33.2-ci maddəsinin tələblərinə uyğun, olduğu ünvan üzrə vergi uçotuna alınmalı olan filial, nümayəndəlik və ya digər təsərrüfat subyektlərində (obyektlərində) aşağıdakı 3 istiqamətdə məlumatların toplanması və dəqiqləşdirilməsi həyata keçiriləcək:

- təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərən şəxslərin vergi uçotuna alınması və məlumatlarının dəqiqləşdirilməsi;

- təsərrüfat subyektlərinin (obyektlərinin) faktiki məlumatlarının dürüstlüyü (ünvanı, coğrafi koordinatları, sahəsi, mülkiyyətçisi və ya istifadəçisinə dair məlumatlar, fəaliyyət istiqamətləri və s.);

- təsərrüfat subyektlərinin (obyektlərinin) fəaliyyətinin vergi qanunvericiliyinin tələblərinə cavab verməsi vəziyyəti.

Dislokasiya tədbirləri Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən həyata keçiriləcək. Prosesə obyektlərin elektron xəritəsinin yaradılması üzrə zəruri texniki biliklərə malik olan “4MAPS BİLGİ TEKNOLOJİLERİ” MMC-nin əməkdaşları mütəxəssis qismində cəlb ediliblər.

Dövlət Vergi Xidməti dislokasiya prosesinin qısa müddətdə həyata keçirilməsi üçün sahibkarlıq subyektlərini vergi orqanları əməkdaşlarına zəruri köməkliyin göstərilməsinə dəvət edir.

Oxunub: 381

Son xəbərlər

Keçmiş nazir Rahim Hüseynovla bağlı araşdırma başlandı

Azərbaycanda qar yağacaq - XƏBƏRDARLIQ

Təlim mərkəzində qumbara partladı - Kursant öldü

Prezident BMT ilə imzalanmış əlavə Sazişi təsdiqlədi

4,5 milyon manatlıq müəssisə ləğv edildi

Kolleclərə tələbə qəbulunda bu ixtisas ləğv edildi

“Tasnim”: İran ABŞ ilə müharibəyə hazırdır

Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək

Axtarışda olan 366 nəfər ələ keçirildi

Avropa Trampdan mesaj alıb - Rutte

TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olundu

Ermənistan Rusiyanın peyki idi – Makron

Sabah 23 dərəcə isti olacaq

Sabah iki rayonda qaz təchizatı dayandırılacaq

Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb

Azərbaycanın qonşuluğunda dövlət başçısı dəyişdi

Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib

NİİM sürücülərə müraciət edib

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Kallas sabah Bakıya gələcək

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirdi

Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Bütün xəbərlər