Mənim düşüncələrim

Mən fikirləşməyi , düşünməyi çox sevirəm. Onda sanki həyat mənim üçün gözəlləşir,mənalaşır,yaşamaq, işləmək, çalışmaq ehtirasımı daha da artırır. Xeyirxahlıq, yaxşılıq hisslərimi daha da gücləndirir, həssaslığı, qayğıkeşliyi, diqqətliliyi ehtiva edir.O zaman özümdə böyük dəyişiklik hiss edir,sanki nə üçün yaşamağımın fərqində oluram.Həyat mənim üçün gözəlləşir.O zaman özümü bir şəxsiyyət kimi hiss edir ,varlığımdan qürurlanır, yaşamağım üçün Allaha dua edirəm.Mən insani dəyərləri çox sevirəm və hesab edirəm ki , bu bütün dəyərlərin əsasını təşkil edir və onların fövqündə dayanır.
Əziz dostlar,hörmətli oxucular, mən bu gündən başlayaraq imkanım daxilində hər gün sizinlə burda yəni “DoğruXəbər.az” saytında görüşərək,sizinlə səmimi söhbət edərək , bizi düşündürən məsələlərdən mövzulardan danışacağıq. Çalışacağıq ki,hamımız üçün faydalı olsun.İnsan nə qədər ağıllı,tədbirli olur-olsun bəzən onun da bir sözə,bir fikrə, bir məsləhətə ehtiyacı olur.Bizim qonşuluqda bir qadın yaşayırdı.Olduqca gözəl,tərbiyəli ,mehriban bir insandı.Çox şən,qayğısız görünərdi.Baxan deyərdiki bunun heç bir dərdi yoxdu.Çünki çox zəngin bir ailədə yaşayırdı.Evi,uşaqları ,maşınları bir sözlə hər şey öz qaydasında idi. Amma eşitdiyimə görə evlərinə qonaq gəlməyi sevmirdi. Aylarla,bəlkə də illərlə qapılarını açan olmurdu.Bir gün məni həyət qapısının ağzında görüb dedi:
--- Salam ,qonşu .Vaxtınızı bir dəqiqə ala bilərəm?
---Əlbətdə,-deyə mən ona yaxınlaşdım.O da irəli gəldi .Boynumu qucaqladı.—Biz yaxın olmasaq da ,amma mən sizi doğma bacım qədər çox istəyirəm.Elə qonşularımızın hamısı sizi istəyir.Sizin haqqınızda ancaq xoş sözlər eşitmişəm.
---Çox sağ olun.
O, dayandı,gözləri dolmuşdu.İçimdə nəsə bir narahatlıq keçdi.Əllərindən tutub dedim:
---İndiki məni özünüzə bacı hesab edirsiniz,çəkinməyin nə sözünüz var deyin.Mənim sizlərə böyük hörmətim var
---O, dərindən köks ötürdü ,gözərimə baxdı.
--Bilirsiniz? –dedi: - Bizim hər şeyimiz var.Allahın köməkliyi ilə heç nəyə ehtiyacımız yoxdur.Amma hiss edirəmki,ərim məni sevmir,sadəcə uşaqların anası kimi hörmət edir.Düşünmürəm ki ,kənarda adam saxlayır.Xeyir! Bu heç vaxt da ola bilməz .Amma nə qədər düşünürəmsə səbəbini tapa bilmirəm.Fikirləşməkdən artıq ürəyim ağrıyır.Səbəbini soruşuram , heç nə demir.
Bir qədər fikirləşib sonra dedim:
---İnciməsəniz bir söz soruşardım:
---H.Əlbətdə ,incimək nədi buyurun
---Bildiyimə görə siz deyəsən qonaq sevmirsiz?
--Hə-dedi.Sonra gülümsündü .—Qonağı heç sevmirəm.Özümdən asılı deyil.Bunu həmişə mənə irad tuturlar .Elə yoldaşım da hər dəfə deyir , qaynanam da.Amma nə faydası.
---Birdən -birə ona yazığım gəldi.İnsan üçün bəzən ən dəhşətlisi odur ki,öz xasiyyətinin , xarakterinin qurbanına çevrilir.

Ardı var...

dogruxeber.tv
Aytəkin Talıbqızı

Oxunub: 2 449

Son xəbərlər

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın tenderi niyə ləğv olundu?

Avropanın bu yay ən populyar olacaq istiqamətləri açıqlandı - TOP-10

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

6 bal gücündə zəlzələ baş verib - Yaponiyada

Sabiq icra başçısı vəfat etdi

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

Bütün xəbərlər