Xalqın sağlamlığı ilə "zarafat"  edirlər - FOTO

dogruxeber.tv: - Bir vaxtlar balaca ərzaq mağazaları var idi. Satılan mallardakı hər hansı bir qüsura görə o mağazanın həm satıcısı, həm sahibi olan bir nəfər şəxs cavabdeh idi.
Vay o günə ki, hansısa məhsulda balaca bir qüsur olardı, yazıq satıcını az qala daşqalaq edərdilər.

Sonra şəbəkə marketlər gəldi, yavaş-yavaş sıxışdırıb onları aradan çıxardı. El demişkən "çörəklərini kəsdi".

Amma, indi həmin şəbəkə marketlərdə hər hansı bir, qüsur oldusa, marketin 10-larla çalışanları öz aralarında o atır bunun üstünə, bu atır onun üstünə, axırda da hamısı toplaşıb suçu atır alıcının öz üstünə. Beləcə alıcı "əli ətəyindən uzun" geri qayıdır.

Alıcıları susdurmağın yollarını əzbər bilən bəzi şəbəkə marketlər bəzən vaxtı keçmiş məhsulları belə çəkinmədən piştaxtalara düzüb, satışını həyata keçirirlər.

Hətta, bəziləri məhsulların üstünə necə gəldi tarix yazılmış məhsulların satışını təşkil edirlər. Halbuki, o məhsulun istehsal tarixi ilə, saxlama müddəti bəlli deyil.

Məsələn "Bolmart" marketlər şəbəkəsindən alınan bu kolbasanın saxlama müddətinin bitəcəyi tarixə diqqət edin.

Xalqın sağlamlığı ilə "zarafat"  edirlər - FOTO


"dogruxeber.tv" bildirir ki, bu foto sosial şəbəkələrdə yayılıb. Şəkildə həmin gülünc tarix və marketin adı aydın görünür.

Qeyd edək ki, bu kimi halların baş verməsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) da böyük məsuliyyət daşıyır.

Bu o deməkdir ki, onlar marketlərdə satılan qida məhsullarının tarixinə və keyfiyyətinə nəzarət etmirlər, edirlərsə belə hansı səviyyədə etdiklərinin bariz nümunəsi göz qabağındadır.

P.S: Qeyd edək ki, "Bolmart" marketlər şəbəkəsinin internet səhifəsində göstərilən (050) 874 09 12 əlaqə nömrəsini aradıqda operator "nömrə təyin edilməmişdir" cavabını cverdi.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv
Jalə Asiman

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər