G20 Rusiya və Ukrayna arasında münaqişənin tərifi ilə bağlı konsensusa gələ bilməyib

G20-nin maliyyə nazirləri Ukraynadakı müharibə ilə bağlı razılığa gələ bilməyiblər və çox güman ki, şənbə günü birgə kommünike olmadan Hindistanda keçiriləcək görüşlərini yekunlaşdıracaqlar.

"dogruxeber.tv" bildirir ki, bu barədə Reuters rəsmi mənbələrə istinadən xəbər verir.

“ABŞ və onun G7 müttəfiqləri qəti şəkildə kommunikedə Rusiya və Çin nümayəndə heyətlərinin qarşı çıxdığı qonşusunun ərazisini işğal etdiyinə görə Rusiyanı birbaşa qınamağı tələb edirlər”, - deyə mənbələr bildiriblər.

G20 rəsmiləri Reuters agentliyinə bildiriblər ki, ev sahibi Hindistan da görüş iştirakçılarının hər hansı bir kommünikedə "müharibə" sözündən istifadə etməməkdə israr edir. Hazırda G20-yə sədrlik edən Hindistan müharibədə əsasən neytral mövqe nümayiş etdirir, işğala görə Rusiyanı günahlandırmaqdan imtina edir, diplomatik həll yolu axtarır və Rusiya neftinin alışını kəskin şəkildə artırır.

Fransanın maliyyə naziri Bruno Le Maire, qrupun keçən ilin noyabrında Balidə keçirilən G20 sammitində razılaşdırılan, "üzvlərin əksəriyyətinin Ukraynadakı müharibəni qətiyyətlə pislədiyini" ifadə edən, eyni zamanda bəzi ölkələrin münaqişəyə fərqli baxdığını etiraf edən birgə bəyanatdan uzaqlaşa bilməyəcəyini deyib.

Le Maire cümə günü jurnalistlərə, - "Ya eyni dilimiz var, ya da yekun kommünikeni imzalamırıq" - deyə, bildirib..

Almaniyanın maliyyə naziri Kristian Lindner cümə günü keçirilən iclasın kənarında çıxış edərək deyib ki, G20 Rusiyanı əvvəlki tənqidindən geri çəkilməməlidir.

“Bizə mütləq aydınlıq lazımdır, bu (Rusiya prezidenti Vladimir) Putinin təşəbbüsü ilə başlanmış müharibədir”, - o deyib.

G20-nin yüksək səviyyəli mənbəsi bildirib ki, Rusiya və Çin Qərbin təkliflərini əngəllədiyi üçün kommunike danışıqları çətin olub. “Hindistan Balidə qəbul edilmiş ifadələrə sadiq qalmaq istəyir” - deyə, mənbə bildirib.

Mənbə və bir sıra digər rəsmilər bildiriblər ki, son dəqiqə sürprizi istisna olmaqla, kommünike ilə bağlı konsensus mümkün deyil və görüşün çox güman ki, müzakirələri yekunlaşdıran ev sahibi bəyanatı ilə yekunlaşacaq.

“Konsensus olmadıqda, Hindistan sədrin bəyanatı verə bilər”, - deyə mənbələrdən biri bildirib.

20 ildən çox əvvəl iqtisadi böhranlara cavab olaraq yaradılan, lakin son vaxtlar Çin və Rusiya da daxil olmaqla, Qərb ölkələri ilə digərləri arasında fikir ayrılığı ilə üzləşən G20 forumunda bu cür qarşıdurmalar daha çox adi hala çevrilir.

dogruxeber.tv
Asiman Əsədsoy

Son xəbərlər

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

Bütün xəbərlər