gundem / sosial / Cəmiyyət
10.03.2023
Pensiyalar bu tarixdə tam ÖDƏNİLƏCƏK
Azərbaycanın rayonları üzrə pensiyaların ödənilməsi mart ayının 15-nə nəzərdə tutulub.
Bu barədə "dogruxeber.tv"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.



