50-yə yaxın ölkə Rusiya Federasiyasının Ombudsmanı Lvova-Belovanın BMT-dəki çıxışını pisləyib.

Rusiya Federasiyasının Ombudsmanı Mariya Lvova-Belovanın BMT-dəki çıxışı qalmaqala çevrilib.

"dogruxeber.tv"ın DW-a istinadən məlumatına görə, ABŞ və Britaniya onu boykot edib və 50-yə yaxın ölkə Rusiyanın təşkilatdakı statusundan sui-istifadə etməsini pisləyib.

ABŞ, Böyük Britaniya, Albaniya və Malta nümayəndələri Rusiya Federasiyasının Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın çərşənbə günü, aprelin 5-də keçirilən BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasında videobağlantı vasitəsilə çıxışını boykot ediblər. İclas aprel ayında rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasına sədrlik edən Rusiya tərəfindən təşkil olunub və ukraynalı uşaqlara həsr olunub. Çıxışında Rusiya Federasiyasına qarşı “diskreditasiya kampaniyasını” pisləyən Lvova-Belovanın çıxışa dəvəti bir sıra ölkələr tərəfindən qəsdən təxribat kimi qiymətləndirilib.

Ukrayna hakimiyyəti Rusiyanı 2022-ci il fevralın 24-də ölkəyə genişmiqyaslı işğalın başlanmasından bəri 16 mindən çox uşağı qaçırmaqda ittiham edir. Martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Mariya Lvova-Belova və Rusiya prezidenti Vladimir Putini Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların Rusiyaya zorla deportasiyasında iştirak etməkdə ittiham edərək, onların həbsinə order verib.

Lvova-Belovanın BMT-dəki çıxışı Almaniya da daxil olmaqla 50-yə yaxın ölkə tərəfindən pislənilib. Birgə bəyanatda onlar Rusiyanı “minlərlə ukraynalı uşağın kütləvi oğurlanması və məcburi köçürülməsi ilə bağlı dezinformasiya yaymaq üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi səlahiyyət və imtiyazlarından sui-istifadə etməkdə” ittiham ediblər.

“Nə qədər yalan yayılsa da, həqiqəti gizlətmək mümkün deyil: Rusiya özünün də başladığı müharibə zamanı ukraynalı uşaqları qeyri-qanuni və zorla deportasiya etməyə davam edir”, - Almaniyanın BMT-dəki missiyası Twitter-də bildirib.

dogruxeber.tv
Ulduz Talıblı

Son xəbərlər

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Bütün xəbərlər