gundem / siyaset
6.04.2023, 14:15
İlham Əliyevin Tacikistana səfəri başa çatıb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri aprelin 6-da başa çatıb.
"dogruxeber.tv" xəbər verir ki, düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistan Prezidenti Emoməli Rəhmon yola saldı.




