Avropa bankını aldadıb, milyonlarla dollar götürən 10 manatlıq şirkətlər kimindir? - ARAŞDIRMA

Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda olan nümayəndəliyinə saxta sənədlər təqdim edən şirkətlərlə bağlı Baş prokuror yanında dogruxeber.tv: - Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayət işi açılıb.

Qaynarinfo cinayət işi açılan şirkətlərlə bağlı məlumatları araşdırıb.

"H and M Agro” MMC şirkətinin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Kənan Rəsulov Fuad oğludur. Ötən il Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) istixanaların ərazisinin genişlənməsi üçün bu şirkətə 2 milyon dollar məbləğində kredit ayrıb.

"H and M Agro” MMC həmin kredit hesabına hidropon istixanalarının sahəsini (Salyan rayonunda) 5 hektardan 10 hektara qədər genişləndirməyi planlaşdırıb. Şirkət müasir istixanalarda pomidor, xiyar və bibər yetişdirilməsi ilə məşğul olur.

"Gemza Group” MMC-nin nizamnamə kapitalı 40 manat, qanuni təmsilçisi isə Serhat Bican Düzgündür. Ötən il Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Gemza Group”a 5,6 milyon avro məbləğində kredit ayırıb. 2021-ci ilin dekabr ayında şirkət bankdan 8 milyon avro dəyərində kredit götürüb. Məlumatda qeyd edilib ki, guya kredit "Gemza Group” şirkətinin dövriyyə kapitalına olan tələbatının və kapital xərclərinin ödənilməsinə yönəldilib.

"PKF Audit Azerbaijan” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Aydın Rzayev Telman oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Xəqani ev.15 m.23. ünvanıdır. Şirkətin haqqında bölməsində qeyd edilir ki, Bakı şəhərində yerləşən "PKF Azərbaycan” qlobal təcrübəyə, peşəkarlar komandasına malikdir və tam spektrli xidmətlər təqdim edir.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan Respublikasında olan nümayəndəliyinə saxta sənədlər təqdim edilməklə həmin bankdan külli miqdarda kredit götürülməsi barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Aparılmış zamanı "H AND M AGRO” MMC, "GEMZA GROUP” MMC və "PKF Audit Azerbaijan” MMC-nin vəzifəli şəxsləri tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən kredit ayrılması üçün zəruri olan maliyyə və təsərrüfat sənədlərinin saxtalaşdırılmasına və qanunsuz olaraq kredit götürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq olaraq 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə), 320.1 və 320.2-ci (rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işinin başlanaraq ibtidai istintaqı aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən media nümayəndələrindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş edilir.

Oxunub: 293

Son xəbərlər

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Azərbaycanda analarının soyadını götürən uşaqların sayı açıqlandı

“Brent” bahalaşdı

Bu yolda sürət həddi endirildi

Bütün xəbərlər