20 qəpiklik xiyar sahədən piştaxtaya qədər 8 dəfə NECƏ BAHALAŞI

dogruxeber.tv: - Ötən gün sosial şəbəkələrdə paylaşılan bir video xeyli marağa səbəb olub. Videoda satıcı 10 kiloqram xiyarı 2 manata təklif edir. Halbuki, hazırda paytaxtımızdakı ticarət mərkəzlərində xiyarın 1 kiloqramı 1.50-1.70 manata satılır. Qiymətlər arasındakı bu qədər fərq təbii ki, istehlakçılar arasında haqlı narazılığa səbəb olur.

Məsələ ilə bağlı apardığımız araşdırma nəticəsində məlum oldu ki, küçə ticarətinin ləğv edildiyi paytaxtımızda məhsullar ancaq mağazalar şəbəkəsində satılır. Bu mağazalar şəbəkələrinin isə öz qaydaları var.

Belə ki, bir qism market şəbəkələrinin öz istixanaları var və tərəvəzləri ancaq öz istixanalarından gətirirlər. Üstəlik, rəqabət şəraiti olmadığından məhsula istədikləri qiyməti qoyurlar.

Bundan əlavə, marketlərin istənilən tədarükçüdən depozit qoyuluşu tələb etdiyi də bildirilir. Hər adamın, xüsusən də rayondan gələn fermerin də bu qədər depozit qoymaq imkanı olmur. Ona görə də fermerlər böyük bazara girə bilmirlər. Böyük bazarlar ancaq iri şəbəkələrin əlində cəmləşib. Buna görə də regionda kiloqramı 20 qəpiyə alıcı tapmayan xiyar paytaxtın marketlərində 10-15 dəfə baha qiymətə təklif olunur.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, belə halların baş verməsinin əsas səbəbi bölgələrdəki fermerlərin böyük bazarlara çıxa bilməməsidir:

“İstənilən fermer becərdiyi xiyar, pomidor və digər tərəvəzləri öz maşınına yükləyib Bakıya gətirsə də o heç bir bazara girə bilməyəcək. Ona görə də bölgələrdə məhsul bollaşanda məhsul ucuzlaşır. Amma bu ucuzlaşma qlobal bazara çox az təsir edir”.

Akif Nəsirli bununla bağlı öz təklifini də söyləyib:

“Kəndlərdəki ucuz və bol məhsulun iri şəhərlərə gətirilməsi üçün real iş aparılmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin “Kənddən şəhərə” layihəsi kimi yox, real iş görülməlidir. Fermer məhsulunu Bakı və digər iri şəhərlərdə özü satmalıdır. Belə olan təqdirdə ölkədə məhsul bolluğu yaranar. Bolluq hesabına da qiymətlər enər. Ən başlıcası yaxşı pul qazanan fermerdə məhsul istehsalına daha çox həvəs yaranar. Bir sözlə, bu günün əsas tələbi fermerin bazar probleminin həllidir”.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər