gundem / hadise / video / Cəmiyyət
4.05.2023, 19:36
Ticarət mərkəzini su basdı - VİDEO
"dogruxeber.tv" xəbər verir ki, bu gün günün ikinci yarısında yağan yağış "Sədərək" ticarət mərkəzində ciddi fəsadlar yaradıb.
Belə ki, yağışın yağması ilə ticarət mərkəzinin, eləcə də "Şirniyyat bazarı"nın içərisində kanalizasiya quyuları daşıb və hərəkət məhdudlaşıb.
Çalışanların bildirdiyinə görə çox sayda mağazaları su basması səbəbilə bir neçə mağaza sahiblərinə maddi zərər dəyib.
Görüntüləri təqdim edirik:
dogruxeber.tv
Jalə Asiman


