"AzerGold" QSC-də 2-ci “Yüksəliş”  müsabiqəsinin qalibi ilə növbəti görüş keçirilib

Mayın 4-də "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 2-ci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Əli Əhmədov ilə növbəti görüşünü keçirib.

"dogruxeber.tv" bildirir ki, görüşdə Ə.Əhmədovun 1 illik fərdi inkişaf planı təhlil edilib, proqram çərçivəsində ötən dövrdə müsabiqə qalibi üçün müəyyənləşdirilmiş işlərin icra vəziyyəti
müzakirə olunub, qarşıdakı dövrdə atılacaq addımlar nəzərdən keçirilib.

Müzakirə zamanı Azərbaycan Respublikası Prezidenti tərəfindən həyata keçirilən institusional islahatların davamı olaraq gənclərin dövlət idarəçiliyində önə çəkilməsi istiqamətində həyata keçirilən kadr siyasətinin əhəmiyyətindən danışan Z.İbrahimov “Yüksəliş” müsabiqəsinin təsis edilməsi ilə gənclərin öz potensiallarını nümayiş etdirmələri üçün unikal platformanın yaradıldığını diqqətə çatdırıb. Dövlətimizin başçısı tərəfindən yaradılmış bu imkandan faydalanan gənclərin gələcək karyeralarında bunun müsbət təsirlərini görəcəyinə əminliyini ifadə edən İdarə Heyətinin sədri müsabiqə qalibi Ə.Əhmədovla fərdi inkişaf planının icrası çərçivəsində ötən dövr ərzində görülən işlərin nəticələrini müsbət qiymətləndirib.

Proqram müddətində mentorun karyera planlaması, effektiv idarəçilik, böhran menecmentinə dair məsləhətlərindən ciddi faydalandığını qeyd edən Ə.Əhmədov ümumilikdə əldə edəcəyi təcrübə və biliklərin onun şəxsi inkişafı, gələcək fəaliyyəti üçün mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən bir illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində
Sərəncam imzalanıb.

Son xəbərlər

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var

Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı

Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

Bütün xəbərlər