gundem / siyaset / dunya
19.05.2023, 09:45
Zelenski G7 sammitində şəxsən iştirak edəcək
Ukrayna prezidenti Volodimir Zelenski Yaponiyanın Xirosima şəhərində keçirilən Yeddilik Qrupunun (G7) sammitində şəxsən iştirak edəcək.
"dogruxeber.tv" xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya rəsmiləri daha əvvəl Zelenskinin görüşdə onlayn iştirakını elan ediblər.
Yaponiya 2023-cü ildə G7-yə sədrlik edir və mayın 19-dan 21-dək Xirosimada sammitini keçirir.



