Separatçılar nə vaxt Qarabağı tərk edəcək? - AÇIQLAMA

Prezident İlham Əliyev mayın 28-də Laçına səfəri zamanı Qarabağdakı qondarma qurumun "məmurları"nın bağışlanmasının yeganə yolunun onların təslim olmasından keçdiyini bildirib.

“Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər və hər hansı bir amnistiyadan söhbət gedə bilər”, - deyə Prezident qeyd edib.

Separatçıların yaydıqları bəyanatlardan isə belə aydın olur ki, onlar təslim olmaq niyyətində deyillər.

Məsələ ilə bağlı “dogruxeber.tv”a açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov bildirib ki, Azərbaycan sülh tərəfdarıdır:

“Ölkəmiz bu proseslərdə çox səbirlidir. Azərbaycan yeni müharibə etmək niyyətində deyil. Prezident İlham Əliyev də dəfələrlə bu barədə çıxış edib, lakin Azərbaycanın da səbri hansısa bir həddə qədərdir. Dövlətimizin mövqeyi Prezident İlham Əliyevin Laçın rayonuna səfəri zamanı etdiyi çıxışında birbaşa olaraq əks edilib. Bu da sülhə dəvətdir. Bu, təhdid deyil, sadəcə izahatdır ki, separatçılar üçün başqa variant, başqa yol yoxdur.

Əgər bunu etməyəcəklərsə, deməli onlar nəinki Azərbaycana qarşı, həmçinin dünyaya qarşı gedirlər. Ona görə ki, dünya artıq Azərbaycanın yanındadır. Mən əminəm ki, bu proses öz həllini tapacaq. Prezident İlham Əliyev də bildirib ki, separatçılar öz xoşları ilə təslim olmasalar, onların Azərbaycan ərazilərində mövcudluğuna və “təşkilatlanmalarına” imkan verilməyəcək. Bu gün dünya məhz bu problemdən, bu xəstəlikdən əziyyət çəkir. Separatçılara dəstək olan qüvvələr özləri bəlaya düçar olurlar. Necə ki, Ermənistan düçar oldu.

Əgər bizə qarşı hər hansı ciddi təhlükə yaranarsa, beynəlxalq qanunlar çərçivəsində ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qoruyacağıq", - deyə deputat qeyd edib.

Son xəbərlər

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Magistraturaya qəbul imtahanının nəticələri açıqlandı

Əhmədlidə açıq ərazidə yanğın başladı

Meloni Ərdoğanın məsləhətinə əməl etdi, siqareti tərgitdi

Əraqçi və Lavrov İran-ABŞ razılaşmasını müzakirə etdi

Alimlər açıqladı: Ağcaqanadlar bəzi insanları niyə daha çox sancır?

Avtomobil sığortası dəyişdi: Qəza törədənlər 30% çox ödəyəcək

Əhliman Əmiraslanov: Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır

Bakıda qadın görüşdüyü 67 yaşlı kişini rüsvayedici məlumatlarla şantaj etdi

Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Qanunsuz silah-sursat aşkarlandı

Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın

Bombardman təyyarəsi qəza törətdi - 2 pilot həlak oldu

Hörmüz boğazından keçid pullu ola bilər

“Bu, AZAL-ın beynəlxalq istiqamətlərinə çıxış imkanı verəcək”

Blokadanın bitməsindən sonra İran neft ixracını bərpa etdi

Maştağada bədbəxt hadisə

Qohum təyinatları, təcrübəsiz kadrlar və su təsərrüfatında mübahisəli idarəetmə+Video

Əməkdar artistin xanəndə oğlu vəfat etdi

İlham Əliyevdən mühüm FƏRMAN

İşə maşınla gedənlərin nəzərinə

G7 ölkələri Rusiyaya sanksiyaları artıracaq

Ermənistanda NATO ilə birgə təlimlər başlayır

Avro bahalaşdı

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Bütün xəbərlər