gundem / siyaset / iqtisadiyyat / dunya
22.06.2023, 13:00
Financial Times: Rusiya qazının Ukrayna vasitəsilə nəqli gələn il başa çata bilər
"dogruxeber.tv"ın məlumatına görə, Ukraynanın energetika naziri German Qaluşenko “Financial Times” qəzetinə bildirib ki, Rusiya qazını Avropaya daşıyan sonuncu arteriyalardan biri gələn ilin sonunda, Ukraynanın “Qazprom”la tədarük müqaviləsi başa çatdıqda bağlana bilər.
Ukraynanın energetika naziri bildirib ki, Ukraynadan keçən marşrut Avropanın ümumi qaz idxalının demək olar ki, 5%-ni təşkil etsə də, Kiyev və Moskvanın ilk dəfə 2019-cu ildə imzalanmış 5 illik tranzit müqaviləsinin uzadılmasına razılıq verəcəyi ehtimalı azdır.
dogruxeber.tv
Jalə Sarvanqızı


