gundem / Cəmiyyət
19.07.2023, 11:30
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili işlər orqanlarında yeni təyinat olub.
"dogruxeber.tv"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Abdullayev Ağaxan Əhliman oglu Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ağaxan Abdullayev bundan əvvəl Goranboy RPŞ-nin Təhqiqat bölməsinin rəisi vəzifəsində çalışıb.



