ÜÇ KOLBASA ŞİRKƏTİ “MƏŞHƏR AYAĞINDA” – ADLAR

dogruxeber.tv: - Məlumdur ki, iyul ayı bəzi kolbasa firmaları üçün sınaq dövrüdür. Onlar ay ərzində dövlət xidmətinə izahat verməli olacaqlar. Tribunainfo.az yada salır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yoxlamasından və cəzasından sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə cavab verməli olacaqlar. Dövlət Xidməti “Sevilən Ad” MMC, “AL-SANA” MMC, “Səhliyalı” Kiçik Müəssisəsi, “MİR-2016” MMC, “Hakan Foods Azerbaijan Trading” MMC, fiziki şəxs Vüqar Tahirov və fiziki şəxs Rövşən Məmmədov haqqında iş qaldırıb.

Qaldırılan iş – ət məhsullarının istehsalı və satışı zamanı əmtəənin keyfiyyəti və başqa xassələri barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrədir. Qaldırılan işlərə iyul ayı ərzində baxılacaq.
Tribunainfo.az qeyd edir ki, “Sevilən Ad” MMC “Əsl Dad”, “Dilim-Dilim” markalı, “AL-SANA” MMC “Payım” markalı, “Səhliyalı” Kiçik Müəssisəsi “100 bərəkət Halal Nemət”, “Səhliyalı”, “Halal 5+” markalı, “MİR-2016” MMC “Köhnə Dad” markalı, “Hakan Foods Azerbaijan Trading” MMC “Kral” markalı, Vüqar Tahirov “Best Beef” və “Ocaq” markalı, Rövşən Məmmədov “Dadlıca” marakalı kolbasa və sosiskaların istehsalçısıdır.
Bu firmalardan hər biri haqda araşdırmalar təqdim edəcəyik. Bu dəfə “Kral”, “Ocaq” və “Best beef” əmtəə nişanlı kolbasa məmulatları haqda söz açaq: əvvəla, Əgər “Kral” və digər məhsullar doğrudan da halal məhsul buraxırsa, onda elə bir şərait yaratsın ki, orda istehlakçı təşkilatları, KİV nümayəndələri normal monitorinq keçirə bilsinlər. Onlar öz maliyyə mənbələrini açıqlasınlar. Görək bank kreditləri, borcları yoxdur ki? Onlayn izləmə sistemi varmı? Və yalnız bu hallar, şəffaflıq olarsa, əlbəttə, halallığını təsdiq etmək olar. Zaman- zaman bu firmalardan şikayətlər olub. Onların adı ilk dəfə çəkilmir. Həm mediada çoxsaylı iddialar, vətəndaş narazılıqları var, həm də AQTA neçənci dəfədir ki, bu şirkətlərin adlarını açıqlayır. Deməli, onlarla bağlı problem var.

Son xəbərlər

Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir

Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın

Yaponiyada 50 min insan həlak ola bilər: Dağıdıcı sunamiyə hazırlıq gedir

Azərbaycan millisi Fransanı məğlub edərək QRUP LİDERİ OLDU

Pensiyalarda kimlərə güzəşt OLA BİLƏR?

Məşhur futbolçu saxlanıldı

Bakıdan Şəkiyə yasa gedirdilər: Qəzaya düşdülər

“Qarabağ” Avropa Liqasında “Beşiktaş”la qarşılaşa bilər

Ermənistan İrandan bu raketləri aldı

Google illər sonra dəyişir

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr həbs edilib

Bu tarixə qədər qarpız yeməyin! - Həkimdən xəbərdarlıq

Millimiz Fransaya qarşı

İran İsrailə qarşı sərt bəyanat yaydı

Niderlandın xüsusi elçiləri Azərbaycana səfər edəcəklər

Münhen Beynəlxalq Hava Limanı dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb

Ukrayna dronları Rusiyanın neft emalı zavoduna zərbə endirdi, Kiyev və Moskva arasında ticarət gərginləşdi

Gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirildi - FOTO

Trampın illik sağlamlıq hesabatı açıqlandı - Arıqlamalıdır

İnsan üçün adi su, yoxsa mineral qazlı su xeyirlidir?

Avropanı isti dalğası bürüdü - Təhlükə xəbərdarlığı elan edildi

Ağır qəza olub: Yaralılar var

Güclü külək nəticəsində Bakıda 41 ağac sınıb

Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

"Bu gecə və ya sabah gecə bizi böyük bir hücum gözləyir"

“İranın uranı Qazaxıstanda saxlanıla bilər”

Qızıl və gümüş bahalaşdı

İran ABŞ-dan 12 milyard dollar tələb edir -SƏBƏB

Məhkəmə Trampın adının “Kennedi Mərkəzi”ndən çıxarılmasına qərar verdi

Bütün xəbərlər