gundem / siyaset / dunya
22.08.2023
Ekspert payızda Ukraynada hərbi əməliyyatların bitəcəyini proqnozlaşdırıb
Ukrayna Silahlı Qüvvələrinin (AFU) zəifləməsi səbəbindən Ukrayna ərazisində hərbi əməliyyatlar payızın sonuna qədər başa çata bilər.
"dogruxeber.tv" bildirir ki, bu fikri “İzvestiya”ya müsahibəsində xüsusi təyinatlıların keçmiş zabiti, ehtiyatda olan polkovnik Anatoli Matviyçuk deyib .
- "Düşünürəm ki, hərbi əməliyyatlar payızın sonuna qədər başa çatacaq, çünki Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya qarşı qaldırdığı qüvvələr və vasitələr artıq nə müdafiə, nə də hücum məsələlərini həll etmək iqtidarında deyil", - deyə ekspert proqnozlaşdırır.
Eyni zamanda o, etiraf edib ki, Qərb ölkələri hərbi texnika tədarükünü davam etdirsələr, münaqişə hələ də uzana bilər.
Bundan əvvəl ukraynalı zabit “Le Temps” qəzetinə demişdi ki, qışın başlaması Ukrayna Silahlı Qüvvələri üçün döyüş əməliyyatlarının aparılmasını xeyli çətinləşdirəcək.
- "Palçıq, sonra qar və bitki örtüyünün olmaması bizi açıq yerə qoyacaq, hər şey dayanacaq və donacaq" - deyə o, qeyd edib.
dogruxeber.tv
Gültəkin Talıbqızı


