gundem / dunya
22.08.2023
Hindistan iyul ayında Rusiya neftinin alışını kəskin azaldıb
"dogruxeber.tv" Reuters-ə istinadən xəbər verir ki, Hindistan iyul ayında bu ilin martından bəri ilk dəfə olaraq Səudiyyə neftinin ucuzlaşması ilə əlaqədar Rusiya neftinin alışını azaldıb.
Ötən ay Rusiyadan Hindistana neft tədarükü orta hesabla sutkada 877,400 barel olub. Bu, iyun ayı ilə müqayisədə təxminən 7,3% azdır.
Bu arada Hindistanın Səudiyyə Ərəbistanından neft idxalı iyulda 25,6% artaraq son üç ayın ən yüksək göstəricisidir, Reuters xəbər verir. Ər-Riyad iyun və iyul aylarında Asiya alıcıları üçün rəsmi satış qiymətini aşağı saldıqdan sonra idxal gündəlik 824,700 barelə çatıb.
Hindistan və Çin hazırda Rusiya neftinin ən böyük idxalçılarıdır, çünki Qərbin Rusiyaya qarşı sanksiyaları Avropa kimi bazarlarda alıcıları qorxudur və neftin qiymətini aşağı salır. Agentlik yazır ki, Rusiyanın Asiyaya neft ixracı ölkəyə bu il neft və qaz satışından heyrətamiz dərəcədə 285 milyard dollar gəlir gətirib.
dogruxeber.tv
Rəna Gözəlova


