gundem / dunya
28.08.2023
Yaponiya Kosmik Agentliyi H2A raketinin buraxılışını dayandırıb
"dogruxeber.tv"ın Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinə istinadən məlumatına görə, Yaponiyanın H2A raketinin buraxılışı əlverişsiz hava şəraiti səbəbindən bu gün səhər dayandırılıb.
JAXA-nın Ayın Tədqiqi üçün Ağıllı Lander (SLIM) və X-şüalarının Görünüşü və Spektroskopiya Missiyası (XRISM) daşıyan H2A Launch Vehicle No. 47 Kaqoşima prefekturasındakı Taneqaşima Kosmik Mərkəzindən səhər saat 9:26-da buraxılmalı idi. Lakin, atmosferin yuxarı hissəsində güclü küləklər aşkar edildikdən sonra buraxılış ləğv edilib.
Yeni buraxılış cədvəli daha sonra müəyyən ediləcək.(mənbə - nippon.com)
dogruxeber.tv
Asiman Əsədsoy



