İsrail və ABŞ bir sıra irimiqyaslı hərbi təlimlər keçirəcək

İsrail və ABŞ yaxın aylarda bir sıra irimiqyaslı hərbi təlimlər keçirəcək.

"dogruxeber.tv" interfax.ru-ya istinadən bildirir ki, bu barədə İsrail mediası bu gün məlumat yayıb.

Onların fikrincə, təlimlərdən birinin ssenarisi İranın nüvə obyektlərinə hücumun imitasiyasını nəzərdə tutur.

Həmçinin, İsrail və Amerika hərbçiləri eyni anda bir neçə cəbhədə döyüş əməliyyatlarının aparılmasını işləyəcəklər.

İsrail mediası yazır ki, ABŞ-ın manevrlərdə iştirak etmək üçün İsrailə çoxlu sayda “Patriot” zenit-raket kompleksləri və digər silah növləri yerləşdirəcəyi gözlənilir.

İsrail hakimiyyəti hesab edir ki, İran və onun nüvə proqramı yəhudi dövləti üçün ən böyük təhlükədir. İsrail əmindir ki, Tehranın əksini təmin etməsinə baxmayaraq, İran gizli şəkildə nüvə silahı yaratmaq üzərində işləyir.

İsrail mediası yəhudi dövlətinin yüksək rütbəli rəsmisinə istinadən iyun ayında yazıb ki, İsrail uranı 90% zənginləşdirərsə, İrana zərbə endirəcək .

“İran yaxşı bilir ki, uranın zənginləşdirilməsi səviyyəsini 90%-ə çatdıra bilsə, İsrail onu vuracaq”, - deyə İsrail rəsmisi bildirib.

İsrail mediası qeyd edib ki, bu bəyanat Tehranla Qərb ölkələri arasında İranın nüvə proqramı ilə bağlı razılığın əldə olunmasının mümkünlüyü barədə yayılan xəbərlərə reaksiyadır.

"ABŞ, eləcə də digər Qərb ölkələri yaxşı bilirlər ki, nüvə bombası istehsalı üçün lazım olan 90% zənginləşdirilmiş uran İsrail üçün qırmızı xəttdir", - deyə İsrail nümayəndəsi vurğulayıb.

İranın nüvə sazişi

2015-ci ildə beynəlxalq vasitəçilərin “altılığı” (Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa) və İran İranın nüvə probleminin həlli üçün Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar. Tehran öz nüvə fəaliyyətlərini, o cümlədən uranın zənginləşdirilməsinin həcmi və səviyyəsini məhdudlaşdırması müqabilində.

2018-ci ilin may ayında ABŞ-ın o zamankı prezidenti Donald Tramp JCPOA-dan çıxdı və birtərəfli anti-İran sanksiyalarını bərpa etdi. Buna cavab olaraq, Tehran nüvə proqramının məhdudlaşdırılması ilə bağlı saziş çərçivəsində öhdəliklərini mərhələli şəkildə yerinə yetirməyə başlayıb.

ABŞ-ın hazırkı prezidenti Co Bayden müəyyən şərtlər daxilində nüvə sazişinə qayıtmağa hazır olduğunu açıqlayıb.

Vyanada Böyük Britaniya, Almaniya, Çin, Fransa, Rusiya və Aİ-nin vasitəçiliyi ilə İran və ABŞ arasında JCPOA-nın bərpası şərtlərinə dair dolayı danışıqların bir neçə raundu keçirilib. Lakin bu günə qədər uzanan danışıqlarda tezliklə fasilə verilib.

ABŞ hökuməti İsraili NATO-dan kənar əsas müttəfiq adlandırır. ABŞ hərbi texnikasının əsas alıcısı və istifadəçisi kimi İsrail hərbi texnologiyanın birgə inkişafında və ABŞ-la birgə hərbi təlimlərdə iştirak edir.

Bundan əlavə, xarici KİV-in məlumatına görə, İsraildəki yeganə xarici hərbi obyektlər ABŞ bazalarıdır.

dogruxeber.tv
Kamal Əsgərov

Son xəbərlər

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Səhər saatlarında dəhşətli qəza: Bir ailənin 4 üzvü...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Bütün xəbərlər