Bu maddələr Əmək Məcəlləsindən ÇIXARILMALIDIR! - ÇAĞIRIŞ

dogruxeber.tv: - İşçilərin: attestasiyadan və sertifikasiyadan keçirilməsi də - əmək münasibətlərində ən çox mübahisə olunan, eyni zamanda işçilərin narazılığına səbəb olan mövzulardan biridir.

Hesab edirəm ki, Azərbaycan Respublikasını Əmək Məcəlləsinin: 65, 66, 67.1 və 67.2 - ci maddələri Əmək Məcəlləsindən çıxarılmalıdı

Bu,uzun illər əmək qanunvericiliyi sahəsində çalışmış bir hüquqşünas kimi mənim şəxsi fikrim və qənaətimdir. Bunun səbəblərini də izah etməyə çalışacam:

1. AR-sı Əmək Məcəlləsinin: 65, 66, 67.1 və 67.2 -ci maddələri İşçilərin: attestasiyadan və ya sertifikasiyadan keçirilməsi qaydalarını tənzimləyir.

2. İşçi: attestasiyadan və ya sertifikasiyadan keçmədikdə bu, İşçi ilə bağlanmış əmək müqaviləsinin: AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə uyğun, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə" əsası ilə işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

3. Qeyd olunan əsas isə ilk növbədə işçilərin qanuni əmək hüquqlarının pozulmasıdır, Əmək Məcəlləsindı nəzərdə tutulan bu maddə və əsaslar ədalətli və məntiqli deyil, bir çox hallarda isə işçilərlə bağlanmış əmək müqaviləsinin qərəzli olaraq ləğv edilməsi ilə nəticələnir.

4.Qeyd olunan bu maddələr Əmək Məcəlləsi şamil olunan bütün işçilərə və iş yerlərinə, o cümlədən AR-da: praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və dövlət məktəbə qədər və ümumi təhsil müəssisələrində çalışan işçilərə də şamil edilir.
5. Qeyd olunan maddələrə əsasən: İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması,ixtisasa, sənətinə müvafiq tutduqları vəzifəyə və ya peşəyə uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə AR-sı Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilməsi nəzərdə tutulur.

6. Sual olunur, hansı əsas və ya səbəblərdən işçilərin tutduqları vəzifəyə və ya peşəyə uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə onlar - attestasiyadan keçirilməli, keçə bilmədikləri halda isə - onlarla bağlanmış əmək müqaviləsi ləğv edilmılidir? Belə ki:
7. Demək olar ki, işçilərin əksəriyyəti müfafiq peşə vəya vəzifəyə uyğun olunaraq işə qəbul olunmazdan əvvəl: peşə məktəblərində vəya ali məktəblərdə, kurslarda və digər təhsil müəssisələrindı müəyyən biliklər alır və bu sahələr üzrə ixtisaslaşmış işçilər olurlar.
8. Demək olar ki, işçilərin əksəriyyəti müfafiq peşə və ya vəzifəyə uyğun olaraq, işə qəbul olunmamışdan əvvəl həmin vəzifə və ya peşəyə uyğun olaraq: imtahan, test, müsabiqə, müsahibə və sair yoxlamadan keçirlər, biliklərini artırmaq üçün müəyyən kurs və digər mərhələləri keçirlər. Əgər bilik, bacarıq və peşələri azdırsa və ya kifayət etmirsə, onlarla hansı əsas və ya səbəblərlə Əmək müqaviləlıri bağlanılır?

9.Demək olar ki, işçilərin əksəriyyəti müfafiq peşə və ya vəzifəyə uyğun olaraq işlədikləri və ya əmək münasibətlərində olduqları müddətdə - biliklərin artırılması sahəsində müvafiq kurs və təlimlərdən keçmiş olurlar. Bu da onlara müəyyən təcrübə ilə yanaşı, bilik və bacarıqlarını da artırmış olur.

10. Qeyd olunan bu maddələrə əsasə: eyni vəzifədə və ya peşədə azı 3 dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər attestasiyadan keçirilı bilməz. Əgər hər hansı bir idarə və ya müəssisədə işçilər müəyyən səbəblərdın uzun müddət attestasiyadan keçirilməyibsə,

10, 20-30 il eyni vəzifə və ya peşədə çalışmış işçinin attestasiyadan keçirilməsi, keçmədiyi halda isə əmək müqaviləsinin ləğv edilməsi nə qədər qanini və məntiqlidir?

11. Sual olunur, əgər bir mühəndis 10, 20-30 il eyni vəzifə və ya peşədə çalışmışsa, ev və bina tikmişsə, eyni zamanda attestasiyadan keçə bilməmişdirsə, bu işçi hansı əsaslardan uzun müddət həmin vəzifə və ya peşədə çalışa bilmişdir.
12. Sual olunur, əgər bir müəllim,10, 20-30 il eyni vəzifə və ya peşədə çalışmışsa, uşaqlara təlim-tərbiyə vermişsə, elm və bilik öyrətmişsə, eyni zamanda da attestasiyadan keçə bilməmişdirsə, bu müəllim hansı əsas və səbəbdən uzun müddət həmin vəzifə və ya peşədə çalışa bilmiş, şagirdləri yanlış öyrətmişdir.

13.Əgər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan bir işçi,10-30 il eyni vəzifə və ya peşədə çalışmışsa, vətəndaşların sağlamlığının keşiyində durmuşsa, və eyni zamanda attestasiyadan keçə bilmirsə, tibbi işçi hansı əsaslardan uzun müddət həmin vəzifə və ya peşədə çalışa bilmişdir.

14.Bir faktı da nəzərə almaq lazımdır ki, əgər

İşçinin bilik və bacarıqları azdırsa, o,öz əmək funksiyasını yerinə yetirə bilməyəcək və təbii ki, o tutduğu vəzifə və ya peşədə uzun müddət işləyə bilməyəcək. Bu səbəbdən də onunla bağlanmış Əmək müqaviləsi, AR-sı Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq: işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda" əsası ilə ləğv olunacaq.

15.Eyni zamanda bəzi hallarda bu qanundan sui-istifadə hallarına da yol verilir və bu qanundan istifadə edilərək, işəgötürən tər-n xoşu gəlməyən işçi ilə əmək müqaviləsinin ləğv edilməsi kimi hallara da yol verilir.

16.Hər bir işçi, eyni və ya vəzifə üzrə nə qədər çox işləyirsə, bir o qədər təcrübəli və peşəkar olur. Bu əsasdan da uzun müddət eyni vəzifə və ya peşə üzrə çalışan işçinin attestasiyadan və ya sertifikasiyadan keçirməklə, əmək müqaviləsinin ləğv edilməsini qanuni, məntiqli, ədalətli hesab etmirəm və hal hazırda qüvvədə olan bu maddələri işçilərin əmək hüquqlarının pozulması kimi qiymətləndirirəm.
17. Yekiun olaraq yuxarıda göstərilənləri əsas tutaraq hesab edirəm ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 65, 66, 67.1 və 67.2 - ci maddələri - bu Məcəllədən çıxarılmalıdır.//Eksperti - DİA.AZ

Oxunub: 413

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər