gundem / siyaset / dunya
13.09.2023, 12:30
Lavrov çinli həmkarı ilə Moskvada görüşəcək
Rusiya və Çinin xarici işlər nazirləri görüşəcək.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Görüş sentyabrın 18-də Moskvada baş tutacaq. Sergey Lavrov və Vanq Yi ikitərəfli və beynəlxalq əhəmiyyətli məsələləri müzakirə edəcəklər", - deyə məlumatda qeyd olunub.



