18 bal cəriməsi olan vəzifəli şəxs "Land Cruiser"lə qırmızı işıqda keçdi - Saxlanıldı

Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov polis tərəfindən saxlanılıb.

"dogruxeber.tv"ın Qaynarinfo-ya istinadən məlumatına görə, federasiya rəhbərinin saxlanılmasına səbəb idarə etdiyi "Toyota Land Cruiser” avtomobili ilə yol hərəkəti qaydalarını ciddi şəkildə pozması və polisin ünvanına nəlayiq ifadələr işlətməsi olub.

Federasiya prezidenti 7 oktyabr 2023-cü il tarixində avtomobili saxlanılan zaman Dövlət Yol Polisi əməkdaşlarını təhqir edib, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, onların ünvanına nalayiq ifadələr işlədib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Cəsarət Əhmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib və məhkəməyə göndərilib.

18 bal cəriməsi olan vəzifəli şəxs "Land Cruiser"lə qırmızı işıqda keçdi - Saxlanıldı


Federasiya prezidenti məhkəmə iclasında özünü qismən təqsirli bilərək deyib ki, DYP əməkdaşı tərəfindən saxlanılıb, ona işıqforun qırmızı işığında keçdiyi bildirilib. Həmçinin polis əməkdaşı ona yol hərəkəti qaydalarını pozduğu üçün 18 balının olduğunu, indi də 3 bal cərimə tətbiq edildiyi üçün sürücülük hüququnun məhdudlaşdırıldığını deyib.

Federasiya prezidenti 12 balı olduğunu və dəfn mərasimindən gəldiyini, psixoloji durumunun yaxşı olmadığını DYP əməkdaşlarına bildirib və
buraxmasını xahiş edib. Lakin polis əməkdaşı onu buraxmayıb, avtomobilinin duracağa aparılmalı olmasını deyib, o da əsəbləşərək, DYP əməkdaşlarına qarşı nalayiq ifadələr işlədib. Hadisə yerinə 14-cü polis bölməsindən əməkdaşları çağırılıb və məcburi şəkildə bölməyə aparılıb.

Təqsirləndirilən şəxs əsəbi olduğu üçün nalayiq ifadə işlətdiyi yol polisi əməkdaşlarından üzr istəyib və tutduğu əməldən peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə Cəsarət Əhmədov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 manat məbləğində cərimə edilib. Özü ifadəsində etiraf etsə də, onun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilib.

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər