Dövlət Sərhəd Xidməti tenderlərdə saxtakarlıqları davam etdirir - İLGİNC FAKTLAR

dogruxeber.tv: - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti emalatxana avadanlıqlarının satın alınması üzrə 13.10.2023-cü ildə başladığı açıq tender müsabiqəsini tamamlayıb və “NM STOCK” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 99.767,82 manat məbləğində satınalma müqaviləsi bağladığını 18.10.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.

Tenderin şərtlərinə görə “NM STOCK” MMC 2023-cü ilin sonuna qədər Dövlət Sərhəd Xidmətini təkərli əl damkratı 5 t, kobra test aparatı, yağ sovurma kompressoru (80 litrlik), yağ sovurma kompressoru (80 litrlik), patçipnik çıxartmaq üçün məngənə, universal açar dəst (46 parça), kompleks açar dəsti (156 parça), transmissiyaya yağ vuran aparat, təkər təmiri üçün alətlər kimi 69 adda emalatxana avadanlıqlarə ilə təchiz etməlidi.

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirlimiş məlumatdan da görsəndiyi kimi Dövlət Sərhəd Xidməti emalatxana avadanlıqlarının satın alınması üzrə keçirdiyi açıq tenderin qalibi “NM STOCK” olub və MMC-nin VÖEN-i kimi 1404425431 bu göstərilib.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, sözügedən VÖEN- 1404425431 “NM STOCK” MMC-yə deyil, “İNPORT” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdu. Daha ətraflı araşdırdıqda məlum oldu ki, MMC 2018-ci ildə “QARAJ-21” kimi dövlət qeydiyyatına alınıb 2022-ci ilin oktyabr ayından adını dəyişdirərək “İNPORT” MMC qoyub. MMC-nin qanuni təmsilçiləri müxtəlif vaxtlarda Zərbəliyev Zəki Zərbəli oğlu və Bayramov Azər qəzənfər oğlu olublar. Reyestr məlumatlarında MMC-nin hüquqi ünvanı kimi BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, CƏLİL MƏMMƏDQULUZADƏ, ev 63 göstərilib.

Bəs Dövlət Sərhəd Xidməti tərəfindən dövlət satınalmalarının vahid internet portalında açıqlanmış “NM STOCK” MMC kimə məxsusdur?

Qeyd edək ki Dövlət Vergi Xidmətinin məlumatlarında MMC-nin VÖEN-i 2008078691 kimi qeyd olunub. MMC 22.06. 2023-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, XƏQANİ RÜSTƏMOV, ev 6, mənzil 26, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Məhərrəmova Nigar Tahir qızıdır.

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda isə müsabiqənin başlama tarixi 01.05.2020-ci il, zərflərin açılış tarixi isə 12.06.2020-ci il göstərilib. Məlumatlardan belə görsənir ki, Dövlət Sərhəd Xidməti emalatxana avadanlıqlarının satın alınması üzrə açıq tender müsabiqəsinə 3 il bundan əvvəl başlayıb.

Maraqlıdır dövlət satınalmalarının vahid internet portalında nə üçün qalib “NM STOCK” MMC-nin VÖEN-i 2008078691 deyil, “İNPORT” MMC-nin VÖEN- i 1404425431 göstərilib? Bu bir yanlışlıqdır, səhvdir, yoxsa Dövlət Sərhəd Xidməti Tender Komissiyasının növbəti saxtakarlıqları. Bunu biz rəsmi dövlət qurumlarının məlumatlarına əsaslanaraq qeyd edirik.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kimi ciddi və rəsmi bir dövlət qurumunun nəzarətində olan bir portalda bu kimi yanlış məlumatların yerləşdirilməsi nə dərəcədə inandırıcı görsənir?

Göründüyü kimi, “NM STOCK” (VÖEN 2008078691 ) MMC cəmi üç aydır dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi isə bir xanımdır. Açıq mənbələrdə MMC-nin fəaliyyət sferası barədə heç bir məlumat yoxdu. Çox güman ki, “NM STOCK” MMC-ni tenderin qalibi göstərib. Amma işləri subpodratçı kimi “İNPORT” (VÖEN 1404425431) MMC aparacaq. Burada məqsəd nədir. Qanuni təmsilçisi xanım olan “NM STOCK” (VÖEN 2008078691 ) MMC-nin heçabına pul köçürülür, oradan müəyyən faiz çıxarıldıqdan onra qalan vəsait subpodratçı “İNPORT” (VÖEN 1404425431) MMC-nin hesabına köçürülür.

Qayıdaq tender müsabiqəsinin başlama tarixinə. Göründüyü kimi məlumatlarda müsabiqənin başlanma tarixi 2020-ci il göstərilib. Bəs 2020-ci ildə başlanana tenderin nəticələri nə üçün indi açıqlanır. Həm də şübhəli məqamlarla dolu. Maraqlıdır Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bütün bu saxtalıqları görmürmü?//Aktualinfo.org

Oxunub: 394

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər