gundem / hadise / Cəmiyyət / Kriminal
30.10.2023, 10:15
Sumqayıtdakı silahlı hücumda yaralananların SON DURUMU
Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsindən Cərrahiyyə şöbəsinə köçürülüb.
Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən "dogruxeber.tv"a bildirilib ki, onun vəziyyəti stabildir. 1960-cı il təvəllüdlü Tərlan Fərəcova Reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti orta ağır qiymətləndirilir.
1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.



