Uçot dərəcəsinin endirilməsi kredit faizlərini aşağı salacaq? - AÇIQLAMA

"Mərkəzi Bank bu gün uçot dərəcəsinin 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddinin 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddinin isə 10%-dən 9.5%-ə endirilməsi barədə qərar qəbul edib. 2020-ci ilin dekabr ayından bəri ilk dəfə Mərkəzi Bank uçot dərəcəsini azaldıb".

"dogruxeber.tv" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, uçot dərəcəsinin azaldılması əks prosesə start verilməsi anlamına gəlir: "Ötən illə müqayisədə inflyasiyanın nisbətən səngiməsi və hədəflərin yeniləşməsi, eyni zamanda valyuta bazarındakı dəyişikliklər Mərkəzi Banka uçot dərəcəsini azaltmağa imkan verib. Bu o deməkdir ki, Mərkəzi Bank birrəqəmli və aşağı inflyasiyanın əldə edilməsini hədəflədiyindən dərəcəyə dəyişiklik edib. Eyni zamanda, Azərbaycanın xarici ticarət balansında da müsbət saldo qorunub saxlanılıb ki, bu da Mərkəzi Bank üçün alternativ əlavə rıçaqlar deməkdir".

Uçot dərəcəsinin azalmasının kredit faizlərinə təsirlərinə gəlincə, deputat bildirib ki, bu sahədə sistemli tədbirlərin davam etdirilməsi vacibdir:

"Doğrudur, birrəqəmli inflyasiyanın əldə ediləcəyi və real sektor tələbinin stabilləşəcəyi halda kredit faizlərində azalma mümkün ola bilər. Bununla yanaşı, hələlik banklar resursları Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərindən deyil, digər istiqamətlərdən cəlb edirlər. Bu baxımdan, uçot dərəcəsinin azaldılması kredit dərəcələrinə daha çox psixoloji təsir edir. Eyni zamanda, güman olunur ki, bu addım depozit faizlərinə təsir göstərəcək. Mərkəzi Bankın uçot dərəcəsinin azalması fonunda kommersiya banklarının depozit faizlərinin azalması müşahidə oluna bilər. Həm manat, həm də xarici valyutada cəlb edilən depozitlərin, depozit faizlərinin aşağı düşməsi müşahidə olunur ki, bu proses xüsusən 2021-ci ildən sonra daha da sürətlənib. Bütün bunlarla yanaşı uçot dərəcəsinin azaldılmasının manatla yığımlara təsir göstərəcəyi istisna deyil".

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər