İşdən qovulan Çingiz Ələsgərovla bağlı AÇIQLAMA - "...izahata ehtiyac yoxdur"

dogruxeber.tv: - Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə bir qrup əməkdaşı teatrdan uzaqlaşdırıb. Bunu Qaynarinfo-ya açıqlamasında teatrşünas Çingiz Ələsgərov deyib. Onun sözlərinə görə, əməkdaşların işdən uzaqlaşdırılması Mədəniyyət Nazirliyinin teatra göndərdiyi məktub əsasında həyata keçirilib: “Bizi yaşla əlaqədar teatrdan qovublar. Deyirlər ki, qocalmısınız, daha bəsdir, icazə verin yerinizə cavanlar gəlsin. Teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə məni otağına çağırıb bildirdi ki, mədəniyyət naziri Adil Kərimli teatra məktub göndərib. Məktubda qeyd edib ki, yaşlı əməkdaşlar teatrdan çıxarılsın, yerinə cavanlar götürülsün. Mehriban xanım dedi ki, sizinlə işləmək istərdim, amma nazirin göstərişi var, heç nə edə bilmərəm. Musiqi hissə müdiri Səadət Qarabağlını çağırıb dedi ki, sizinlə işləmək istəmirəm. Məni və digər əməkdaşları işdən çıxarıblar. 45 ildir ki, mən bu sənətdəyəm, insanı birdən-birə bayıra atmazlar ki? İndi mən işləməsəm, necə dolanacağam? Yaşlı insanların təcrübəsi var, biz cavanlara öyrədə bilərik”. Çingiz Ələsgərov mədəniyyət naziri Adil Kərimliyə müraciət edəcəyini də əlavə edib.
Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə “Sherg.az"a açıqlamasında qeyd etdi ki, teatrın ədəbi hissə müdiri işləmiş Çingiz Ələsgərovun artıq 70 yaşı var:
- Təqaüd yaşı 65-dir. 65 yaşdan sonra əməkdaşlar təqaüdə göndərilə bilər. Çingiz Ələsgərovunsa 70 yaşı var artıq. Təqaüd yaşı 5 ildir keçib. İşdən azadolmalarla bağlı rəsmi açıqlama var. Əlavə izahata ehtiyac yoxdur. //sherg.az//

Son xəbərlər

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Bütün xəbərlər