DYP-dən piyadalara xatırlatma - 40 manat cəriməsi var

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları piyada məsuliyyətinin artırılması və onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Səbail rayon DYP əməkdaşları ilə birgə rayon ərazisində profilaktik tədbirlər keçirməyə davam edir.

"dogruxeber.tv" “Qafqazinfo”ya istinadən xəbər verir ki, təşkil olunan tədbir zamanı​ yaxınlıqda yerləşən yerüstü və yeraltı​ piyada keçidlərindən istifadə etməyən, avtomobillərin intensiv hərəkət etdiyi yolda​ özləri​ ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti qaydalarına riayət etməyin həyati əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Cari ilin 9 ayı ərzində tək Səbail rayonu ərazisində qayda pozuntusuna yol verən 835 piyada inzibati məsuliyyətə cəlb edilsə də, təəssüflər olsun ki, piyada məsuliyyətsizliyi yenə də qalmaqda və bu məsuliyyətsizlik ölümlərə səbəb olmaqdadır.

Bununla yanaşı, öz həyat və sağlamlıqlarına biganə yanaşaraq inzibati xətalara yol verən şəxslərin diqqətinə çatdırılıb ki, piyadalar tərəfindən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsinə görə 20 manat, sürət həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yollarda isə 40 manat məbləğində inzibati cərimə tətbiq olunur.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadaları yollarda məsuliyyətli olmağa və qaydalara ciddi riayət etməyə çağırır.

Oxunub: 447

Son xəbərlər

Keçmiş nazir Rahim Hüseynovla bağlı araşdırma başlandı

Azərbaycanda qar yağacaq - XƏBƏRDARLIQ

Təlim mərkəzində qumbara partladı - Kursant öldü

Prezident BMT ilə imzalanmış əlavə Sazişi təsdiqlədi

4,5 milyon manatlıq müəssisə ləğv edildi

Kolleclərə tələbə qəbulunda bu ixtisas ləğv edildi

“Tasnim”: İran ABŞ ilə müharibəyə hazırdır

Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək

Axtarışda olan 366 nəfər ələ keçirildi

Avropa Trampdan mesaj alıb - Rutte

TƏBİB-in icraçı direktoruna yeni müşavirlər təyin olundu

Ermənistan Rusiyanın peyki idi – Makron

Sabah 23 dərəcə isti olacaq

Sabah iki rayonda qaz təchizatı dayandırılacaq

Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb

Azərbaycanın qonşuluğunda dövlət başçısı dəyişdi

Turalbəy Mehdiyevə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib

NİİM sürücülərə müraciət edib

“Mançester Yunayted” “Liverpul”u məğlub etdi, “Tottenhem” vacib qələbə qazandı

Kallas sabah Bakıya gələcək

Zelenskinin səfəri: Qordonun sözləri rezonans doğurdu

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirdi

Vüqar Məmmədovun saxlandığı istintaq təcridxanası dəyişdiriləcək - MƏHKƏMƏ

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Bütün xəbərlər