“AzerGold” QSC-də 2-ci "Yüksəliş" müsabiqəsinin qalibi  Nərgiz Balakişiyeva ilə görüş keçirilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 2-ci “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Nərgiz
Balakişiyevanı qəbul edib.

"dogruxeber.tv" bildirir ki, QSC-nin İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin ölkəmizdə intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər
şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını baxımından əhəmiyyətini qeyd edib.

“AzerGold” QSC-də 2-ci "Yüksəliş" müsabiqəsinin qalibi  Nərgiz Balakişiyeva ilə görüş keçirilib

“AzerGold” QSC-də 2-ci "Yüksəliş" müsabiqəsinin qalibi  Nərgiz Balakişiyeva ilə görüş keçirilib

Müsabiqə qalibinə “AzerGold” QSC-nin fəaliyyəti, idarəçilik sahəsində fərdi təcrübəsi barədə məlumat verən Z.İbrahimov idarəçi rəhbər olmağa iddia
edən şəxslərin daim öz üzərlərində işləməli, bilik və bacarıqlarını davamlı inkişaf etdirməli olduğunu bildirib. Qeyd olunub ki, işgüzarlıq, məsuliyyətlilik, risketmə həvəsi və bacarığı, peşəkar ünsiyyət mədəniyyəti, iş vaxtının səmərəli bölüşdürülməsi, insanları düzgün qiymətləndirmə, əmək resurslarının səmərəli istifadəsi, rassionallıq peşəkar və uğurlu bir idarəçidə vacib keyfiyyətlərdir.

Z.İbrahimov layihə qalibinə bütün bu keyfiyyətlərə sahib olmaq, özünü daha da inkişaf etdirmək üçün 2-ci “Yüksəliş” müsabiqəsinin hazırda davam edən mentorluq proqramından maksimum faydalanmağı tövsiyə edib. 2021-ci ildə 1-ci “Yüksəliş” müsabiqəsinin qalibi Nazim Novruzov, 2022-ci ildə 2-ci “Yüksəliş” müsabiqəsinin qalibi Əli Əhmədovla Mentorluq proqramı çərçivəsində 1 illik fərdi inkişaf planının icrasına başladığını xatırladan
Z.İbrahimov müsabiqə qalibləri ilə karyera planlaması, effektiv idarəçilik, etik prinsiplər və peşəkar standartlar, böhran menecmentinə dair kifayət qədər məhsuldar əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin istedadlı gənclərin idarəçilik sahəsində önə çəkilməsi istiqamətində yürütdüyü siyasətə uyğun olaraq müsabiqə qaliblərindən Əli Əhmədov “AzerGold” QSC-də müşavir, İlyas İsmayıllı isə Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsinin müdirinin müavini vəzifəsinə təyin olunub.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib.

Son xəbərlər

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var

Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı

Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bütün xəbərlər