gundem / sosial / Səhiyyə / Cəmiyyət / Foto
18.11.2023
Vüqar Qurbanov Yeni Klinikaya direktor müavini təyin etdi (FOTO)
Yeni Klinikaya direktor müavini təyin olunub.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə klinikanın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən Gülnar Nuriyeva tibb müəssisəsinin direktor müavini və Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.
Gülnar Nuriyeva 2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində Doğum Şöbəsinin müdiri olan Gülnar Nuriyeva daha sonra Uniklinika və Mərkəzi Gömrük Hospitalda həkim-ginekoloq olaraq çalışıb.




