Xalqın cibindən belə "oğurluq  edirlər" - VİDEO+FOTO

Güclü "sərfəli qiymət" reklamları ilə kiçik sahibkarların məhlə marketlərini sıxışdırıb aradan çıxaran şəbəkə marketlər, indi də deyəsən müştərilərin el dilində desək, "cibinə girməyə" başlayıb.

Yuxarıda "indi" sözünü işlətdik, amma əslində bu taktika bir çox şəbəkə marketlərdə çoxdan "fəaliyyətə başlayıb". Piştaxtada məhsulun qarşısında başqa qiymət olur, lakin kassada bir başqa məbləğ çıxılır. Çox zaman müştərilər buna fikir vermirlər, çünki bizim saf xalqımızı inandırmaq o, qədər də çətin deyil. Elə reklamları ilə xalqa inam aşılayan marketlər də, xalqın bu inamından istifadə edərək, hər fürsətdə aldatmağın yolunu tapırlar.

"dogruxeber.tv" xəbər verir ki, bu kimi hallardan biri də iki gün əvvəl "Rahat" marketdə yaşanıb. Belə ki, Bəhruz Nəsirli adlı şəxs bu barədə Facebook sosial şəbəkəsində video paylaşıb və bu sözləri qeyd edib.



"Rahat market, Mənim 41 qəpiyim çatmasaydı siz mənə bu xurmanı aşağı qiymətə verərdiniz?
Əlbətdəki Xeyr !!!
Bəs niyə mən "güya endirimdə olan" xurmanı vitrində yazılan qiymətdən 41 qəpik artıq pul ödəməklə almalıyam?
Söhbət təkcə məndən getmir, ümumi deyirəm... Niyə xalqın, millətin cibinə girirsiz? Bu oğurluqdan başqa bir şey deyil axı...

Kassada olan işçiyə sual verirəm deyirəm bu necə olur ki, vitrində də eyni qiymətdir, barkoddada eyni qiymətdir, amma kompiuterdə 41 qəpik artıq göstərir,
deyir: NƏ BİLİM VALLAH...

Əfsuslar olsun ki, bunun bir adı var, oda
CƏZASI OLMAYAN OĞURLUQ-dur..."


Xalqın cibindən belə "oğurluq  edirlər" - VİDEO+FOTO


Yuxarıda da qeyd etdiyimiz kimi, Bəhruz Nəsirli də piştaxtadakı qiymətə sözün əsl mənasında aldanıb və gördüyü qiymətdən artıq pul ödəyib.

P.S: Qeyd edək ki, "dogruxeber.tv"ın məsul əməkdaşı, məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək məqsədilə "Rahat" marketlər şəbəkəsi ilə telefon əlaqəsi saxlayıb. Onunla telefonla danışan marketinq Kənan Şirinov adlı şəxs əməkdaşımızdan sözügedən görüntülərin ona göndərilməsini xahiş edib. Əməkdaşımız görüntüləri Kənan Şirinova göndərdikdən bir neçə dəqiqə sonra Kənan bəy zəng edərək, məsələni araşdırdıqlarını, bundan xəbərdar olduqlarını bildirib və belə halın yaşandığını etiraf edib. O, qeyd edib ki, həmin vətəndaş onlara da müraciət edib, vətəndaşdan üzr istənilib, hətta dəymiş ziyanın ödənilməsi təklif olunub. Sözügedən filialın müdiri barəsində isə rəhbərliyə məlumat verilib.

Bəli, bu mövqe bildirməli olan marketlər şəbəkəsinin məsul şəxsinin verdiyi cavab idi. Lakin, nəzərə alaq ki, hər gün marketlərdən alış-veriş edən bütün müştərilər də adıçəkilən Bəhruz Nəsirli kimi diqqətli deyil. Onların arasında qəbzi götürməyib gedənlər var, qəbzə fikir verməyənlər var, yaxud qəpik fərqinə görə utanıb ümumiyyətlə səsini çıxarmayanlar var və sair...

Atalar deyib, "dama-dama göl olar".

Çox təəssüflə bildiririk ki, bu kimi taktikalarla vətəndaşların cibinə girən təkcə şəbəkə marketlər, prestijli restoranlar deyil. Eyni zamanda uşaqdan böyüyə hər kəsin istifadə etdiyi "nar", "bakcell" və "Azercell" kimi mobil operatorlar tez-tez internet, yaxud danışıq paketlərində dəyişiklik edərək, yaxud müxtəlif "kompaniya"lar keçirərək, abunəçiləri xəbərdar etmədən, onların balansından müxtəlif kiçik məbləğlər silirlər. Vətəndaş bundan şikayətçi olduqda, "əgər istəmirsinizsə deaktiv edə bilərsiniz " deməklə, şikayətçinin susdururlar. Halbuki, bundan xəbərdar olana və xidməti deaktiv edənə qədər silinən məbləğlər arada itmiş olur. Hələ bundan ümumiyyətlə məlumatsız olub, şikayətçi olmayanları demirik.

Bu cür fəaliyyət göstərən şirkətlər, müəssisələr, müxtəlif alış-veriş məkanları, hətta prestijindən belə həya etməyən dəbdəbəli restoranlar belə halallarına haram qatmaqla, xalqın inamını 0-ra endirirlər.

Odur ki, əziz xalqımız, diqqətli olaq, çox təəssüf ki, bizdən bizə fayda yoxdur, zərər var.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər