gundem / hadise / Cəmiyyət
25.11.2023
Qanunsuz saxlanılan tüfənglər və avtomat götürüldü
Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən odlu silahlar aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "dogruxeber.tv"a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaṣlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 1 avtomat və həmin silaha məxsus 5 patron, 1 tapança və 1 tüfəng tapılaraq götürülüb.
Eyni zamanda davam etdirilən profilaktiki tədbirlərlə vətəndaşlarda olan daha 4 tüfəng də polisə təhvil verilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.



