Azərbaycanda bu şəxslərə də müavinət veriləcək - Qanun dəyişir

dogruxeber.tv: - "İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişikliklər pozitiv xarakterli dəyişikliklərdir və işsiz qalan şəxslərin sığorta ödənişləri almasını həm asanlaşdıracaq, həm də onların dairəsini genişləndirəcək.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O qeyd edib ki, mövcud qanunvericiliyə görə, yalnız üç halda işsizlikdən sığorta ödənişi edilirdi.

"Müəssisələr ləğv olunduqda, müəssisədəki ştatlar ləğv olunduqda və əmək müqaviləsinin vaxtı bitdikdə işsizlikdən sığorta ödənişi edilirdi. Bu ödəniş o halda verilirdi ki, işçinin sığorta stajı ən azı 30 ay olsun. Dəyişikliyə əsasən isə, bu 30 ay 24 aya endirilir və yarım il güzəşt imkanı yaranır.

Digər bir üstünlük ondan ibarətdir ki, bu üç hal altı hala qədər artırılır. Belə ki, müəssisənin mülkiyyətçisi dəyişən zaman işçi işdən çıxırsa və yaxud müəssisənin ştatlarını ləğv edirsə, bu halda Əmək Məcəlləsinə əsasən, işçiyə işsizlikdən sığorta müavinəti veriləcək. Digər halda isə əvəllər müvafiq işdə çalışmış, sonra işdən çıxmış, amma məhkəmənin qərarı ilə yenidən işinə bərpa olunan işçi də işsizlikdən sığorta müavinətindən istifadə edə biləcək.

Üçüncü hal isə ondan ibarətdir ki, əgər şəxs hərbi xidmətdə olubsa və qayıdıb yenidən öz işinə bərpa olunursa, bu halda da onun yerində çalışan işçi özündən asılı olmayaraq işini itirir. Bu halda həmin şəxs də işsizlikdən sığorta haqqı ala biləcək”, - deyə M.Quliyev əlavə edib.

Qeyd edək ki, qanuna dəyişiklik Milli Məclisin dekabrın 8-də keçirilən plenar iclasında müzakirə edilərək birinci oxunuşda qəbul edilib.//qaynarinfo.az

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər