gundem / hadise / dunya
20.12.2023
Çində zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatdı
Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.
"dogruxeber.tv"ın məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası xəbər verib.
Məlumata əsasən, 113 nəfər ölkənin şimal-qərbindəki Qansu əyalətində, 18 nəfər qərbindəki Tsinxay əyalətində ölüb.
Qeyd edək ki, Çinin şimal-qərbindəki Qansu əyalətində Pekin vaxtı ilə dekabrın 19-da gecə yarısı maqnitudası 6,2 olan yeraltı təkanlar qeydə alınıb.
Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.



