Bərdədə dövləti cinayət – Baş redaktor DİN və Prokurorluğa müraciət etdi

dogruxeber.tv: - Bərdə rayonunda ağılasığmaz dövləti cinayətlərə yol verilməkdədir. Belə ki, vətəndaşların evlərinə özlərinin xəbəri olmadan tanımadıqları şəxsləri qeydiyyata salırlar. Bu da həm mülkiyyət hüquqlarının pozulması, həm qanunsuzluq, həm özbaşınalıqdır. Problemlə üzləşənlərdən biri Anaxeber.info-nun baş redaktoru Azər Talıbovdur. Ona məlum olub ki, Bərdənin Səməd Vurğun 22 ünvanında yerləşən evinə özünün razılığı olmadan 22 nəfər qeydiyyata düşüb. Ancaq hansı yolla, hansı dövlət qurumu tərəfindən edildiyi bəlli deyil. A.Talıbov Prezidentə, Baş Prokurora, Daxili İşlər nazirinə müraciət edərək məsələnin təcili surətdə araşdırılmasını xahiş edib. Onun sözlərinə görə, Bərdədə belə özbaşınalıqla qarşılaşan tək özü deyil, onlarla bu cür qanunsuzluqlar var. Vətəndaş bildirir ki, Bərdədən verilən məlumatlara görə, bu kobud səhvi edən Pasport Qeydiyyat Şöbəsi olub, lakin deyilən informasiyanı dəqiqləşdirməyə və araşdırmağa ehtiyac var. “Mənə yaşayış yeri haqqında verilən arayışda tanımadığım 22 nəfərin evimdə qeydiyyatda olduqları üzə çıxıb. Halbuki həmin adamları tanımıram, heç zaman da evimə qeydiyyata düşmələri üçün müraicət etməyiblər. Əmlak sahibinin icazəsi, razılığı olmadan heç bir vətəndaş hansısa mənzilə qeydiyyata düşə bilməz. Bizə bəlli deyil ki, bu qanunsuz hərəkətləri hansı dövlət idarəsi edib. Hər halda ortada bir cinayət var və 22 nəfər mənim evimdə qeydiyyata salınıb”, - deyə A.Talıbov bildirib.
A.Talıbov müraciətində xahiş edib ki, məsələ araşdırılsın: “Mən məcburam ki, məhkəməyə müraciət edim. Amma nəyə görə hansısa qurumun qanunsuzluğuna görə vəkil tutmalı, ərizə hazırlayıb məhkəməyə verməli, Bakıdan rayona xərc çəkib məhkəmədə iştirak üçün getməliyəm? Ona görə də mənim kimi belə problemlə üzləşən onlarla vətəndaşın işi araşdırılmalı, hansı dövlət qurumunun yol verdiyi pozuntular olduğu üzə çıxarılmalıdır. Faktiki olaraq, Bərdədə insanları çaş-baş vəziyyətə salıblar, biri-birini şəxsən tanımayan adamlar evlərə qeydiyyata düşüb, indi də onları çıxarmaq üçün məhkəmələrdə vaxt itirməlisən. Mən dövlətdən, hüquq-mühafizə orqanlarının rəhbərlərindən xahiş edirəm ki, bu çağırışıma səs versinlər, qanunsuz əməllərin üstü açılsın, bunu edənlər məsuliyyətə cəlb edilsinlər”. Onu da deyək ki, məsələ ilə bağlı yeni və əlavə məlumatlar əldə etdikdən sonra oxuculara təqdim edəcəyik. //siam.az

Bərdədə dövləti cinayət – Baş redaktor DİN və Prokurorluğa müraciət etdi

Son xəbərlər

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Bütün xəbərlər