gundem / dunya / Cəmiyyət
4.01.2024, 15:45
"Volqa" yenidən istehsal ediləcək
Rusiya yenidən "Volqa" minik avtomobillərinin istehsalına başlayır.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Rusiyanın sənaye və ticarət naziri Denis Manturov bildirib.
Onun sözlərinə görə, "Volqa"nın istehsalı 2024-cü ilin ortalarında bərpa olunacaq. "Volqa" müasir dizayn alsa da, loqo eyni qalacaq: "Maral təsvir olunan loqo qalacaq, çünki bu loqo bütün dünyada tanınır".



