dunya
7.03.2018, 09:01
ATƏT DTİHB-nun seçki müşahidə missiyası martın 9-da öz işinə başlayacaq

ATƏT DTİHB-nun seçki müşahidə missiyası rəsmi olaraq martın 9-da öz işinə başlayacaq. Bu barədə APA-ya qurumun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, uzunmüddətli müşahidə missiyası Bakıya gələrək bütün seçki prosesini izləyəcək. Qeyd edək ki, 30 nəfərlik seçki müşahidə missiyasına niderlandlı Koryen Yonker başçılıq edəcək.
@dogruxeber.tv


