Xəzər dənizi quruyur: Rusiya Volqanın suyunu azaltdı, dəniz İran tərəfdən 400 metr çəkildi - FOTO













Rusiyanın son illər Volqa çayı üzərində qurduğu su anbarları çayın töküldüyü Xəzər dənizinin səviyyəsinin enməsinə səbəb olub. Artıq bu səbəbdən dənizin İrana aid hissəsində bəzi limanlar yararsız hala düşüb.

Virtualaz.org xəbər verir ki, Xəzərin İran sahillərində sular 400 metrədək çəkilib.

İranın şimal-şərqində yerləşən Gülüstan əyalətindəki Gez limanı istifadəyə yararsız hala düşüb, Türkmən şəhərindəki Türkmən limanı isə öz əvvəlki əhəmiyyətini itirib.

Belə ki, ətraf mühit və insan faktorunun təsirindən qurumaq təhlükəsi ilə üz-üzə qalan Xəzər dənizində sularının çəkilməsi Rusiyanın Volqa çayı üzərində su anbarlarını qurmasından sonra bir az da sürətlənib. Volqa çayı Xəzərin su ehtiyatının təxminən 85 faizini təmin etdiyindən bu suyun çəkilməsinə yol açıb.

Gez ərazisində 40-50 il əvvələ qədər mayak kimi istifadə olunan tikili sular çəkildiyindən artıq adi qüllə rolunu oynayır.

Gülüstan Liman və Dənizçilik İdarəsinin sədri Allahyar Əsədi bildirib ki, limanların olduğu bölgədə artıq suyun səviyyəsi təxminən 70 sm enib və sular 400 metr geri çəkilib. Onun sözlərinə görə, buna səbəb Rusiyanın Volqa çayı üzərində iki iri su anbarı tikməsidir:

"Xəzərin suyunun çəkilməsi bir sıra vacib məsələləri gündəmə gətirir. Əgər bu proses davam edərsə, Xəzər dənizindəki Gürgan körfəzi quruya bilər. Bu körfəzin quruması isə əyalətdə qum fırtınasına yol açacaq. Bundan əlavə, bir sıra təbii fəlakətlərin olması da qaçılmazdır”.

Əsədi həmçinin bildirib ki, İranın Gülüstan əyalətinin 131 kilometr sahil zonası var.

100 il əvvəl İmam Xomeyni (Şahpur) limanına gələn mallar Türkmən limanı vasitəsilə Bakı limanına göndərilərək SSRİ ilə ticarət əlaqələri qurulurdu.

Suların çəkilməsindən sonra isə həmin ərazilər qumsallıqlara çevrilib.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər